Xəbərlər
Mirzə İbrahimov - 10005/01/2012
21 dekabr 2011-ci il tarixdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində böyük alim, yazıçı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi. Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti işirak edirdi. Dekan Məhərrəm Vəliyev tədbiri açıq elan etdi. M.Vəliyev Cənab Prezident İlham Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə həmişə böyük diqqət göstərdiyini və bunun bariz nümunəsi kimi görkəmli sənətkarların yubileylərinin keçirilməsi haqqında verilən fərman və sərəncamları xüsusilə qeyd etdi.
| ƏtraflıYeni kitabın təqdimat mərasimi
08/12/2011
Dünya ədəbiyyatı kafedrasının professoru Əmirxan Xəlilovun “Dünya ədəbiyyatı” (I cild, 2011) adlı dərs vəsaitinin filologiya fakültəsində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə fakültənin professor və müəllim heyəti, həmçinin magistr və tələbələr də iştirak etmişdir.
| ƏtraflıFilologiya fakültəsinin tələbələri XXII Respublika elmi konfransında
01/12/2011
29 noyabr 2011-ci il tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XXII Respublika elmi konfransının və konfrans çərçivəsində «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqənin açılış mərasimi keçirilib.
| Ətraflı«Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər» elmi konfransı
16/11/2011
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 oktyabr 2011-ci il tarixli sərəncamına əsasən respublikada tanınmış Azərbaycan ədəbiyyatşünası, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Abbas Zamanovun 100 illik yubileyi qeyd olunur.
14 noyabr 2011-ci ildə Bakı Dövlət Universitetinin böyük akt zalında Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş «Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər» elmi konfransının plenar iclası keçirilmişdir.
| Ətraflı
Təbriklər!
14/11/2011
İngilis dili kafedrasının üç müəllimi TKT (Teaching knowledge Test)
Module 1 Language and background to language learning and teaching imtahan verərək Kembric Universitetinin sertifikatını (Band3) qazanmışlar.
Ağayeva Mənsurə (Sertifikat № 0033012638)
Refibeyli Gunay (Sertifikat № 0033012636)
Suleymanova Gunel (Sertifikat № 0033012632)
| ƏtraflıAbbas Zamanovun 100 illik yubileyi
10/11/2011
14-15 noyabr 2011-ci il tarixində tanınmış Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası EA-nın müxbir üzvü Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş «Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər» adlı elmi konfrans keçiriləcəkdir.
Konfransın plenar iclası saat 12:00-da Bakı Dövlət Universitetiinin böyük akt zalında olacaqdır.
| ƏtraflıRus ədəbiyyatı tarixi kafedrasının yaradılması haqqında
03/11/2011
31 oktyabr 2011-ci il tarixdə BDU-nun rektoru, akademik A.M.Məhərrəmovun əmrinə əsasən (R-110) rus ədəbiyyatı tarixi kafedrası yaradılmışdır.
| Ətraflı
Dissertasiya müdafiəsi
29/10/2011
28 oktyabr 2011-ci il tarixində rus ədəbiyyatı tarixi kafedrasının müəllimi Aysel Nizami qızı Bağırova «XX əsr rus poeziyasında sonet janrı» mövzusunda filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
| ƏtraflıXII respublika tələbə olimpiadasında iştirak
30/09/2011
Filologiya fakültəsinin tələbələri XII respublika tələbə olimpiadasında iştirak etmiş və aşağıdakı yerləri tutmuşlar:
| Ətraflı
Elmi konfrans: Azərbaycan filologiyasının aktual problemləri
19/05/2011
2011-ci il mayın 18-19-da filologiya fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri mövzusunda elmi konfrans keçirilmişdir.
| ƏtraflıQazax alimi ilə görüş
12/05/2011
2011-ci il mayın 12-də Qazaxıstan Avrasiya Milli Universitetinin filologiya fakültəsinin dekan müavini, filologiya elmləri namizədi, dosent Serikzat Maksutoviç Duysenqazinlə filologiya fakültəsinin professor-müəllim heyətinin görüşü olmuşdur. Dos. S.M.Duysenqazin qazax-Azərbaycan ədəbi əlaqələri haqqında məlumat vermişdir.
Elmi uğurlar
13/04/2011
Bakı Dövlət Universiteti üzrə 2010-cu ilin elmi-tədqiqat işlərinin nəticələrinə görə filologiya fakültəsi fərqlənmişdir.
| ƏtraflıMehri Xatunun “Divan”ı Azərbaycan dilində
16/03/2011
Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in baş elmi işçisi filologiya elmləri doktoru Ramiz Əskərin tərcüməsində Türkiyənin məşhur şairi Mehri Xatunun “Divan”ı Azərbaycan dilində çapdan çıxmışdır.
Qardaş xalqlar ədəbiyyatı
31/01/2011
2011-ci ilin yanvar ayında Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in baş elmi işçisi filologiya elmləri doktoru Ramiz Əskərin özbək və türkmən xalqlarının ədəbiyyatına aid üç tərcümə kitabı nəşr olunmuşdur.
1. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, 2011
2. Sultan Hüseyn Bayqara. Divan. Bakı, 2011
3. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, 2011
| Ətraflı
1 | 2 | 3
