Home AZ | EN | RU

5706.01 Azərbaycan dili ixtisası üzrə doktoranturaya qəbul sualları

Alınma sözlər və onların mənimsənilməsi
Sifətin dərəcələri məsələsinin Azərbaycan dilçiliyində qoyuluşu
Feilin növ kateqoriyası
Sadə cümlənin qrammatik üzvlənməsi
“Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin tarixi abidəsi kimi
Azərbaycan dili fonetikasının öyrənilmə tarixi, bu sahədəki fikir ayrılıqları (Ə.Dəmirçizadə,A.Axundov,A.Ələkbərov və b.)
Əvəzliyin məna növlərinə görə təsnifi
Feilin təsriflənməyən formaları
Sintaktik əlaqələr, onların ifadə vasitələri
XIV əsr Azərbaycan ədəbi dili (Nəsiminin dili)
Azərbaycan dilinin fonetik vasitələri: səslər,vurğu,intonasiya
Şəkilçilər və onların növləri
Kəmiyyət kateqoriyası
Zərflik budaq cümlələri ( tərzi-hərəkət, zaman, yer budaq cümlələri)
Dialektlərimizdə əvəzlik
Azərbaycan dilində ahəng qanunu
Azərbaycan dilinin frazeoloji vahidləri
Azərbaycan dilində köməkçi nitq hissələri: qoşma
Sadə cümlənin genişlənməsi
Zərflik budaq cümlələri (ümumi məlumat)
Köməkçi nitq hissələrinin quruluşca növü məsələsi
Cümlənin II dərəcəli üzvləri haqqında
Tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələr: bağlayıcılar və bağlayıcı birləşmələr
Mürəkkəb feil məsələsi
Sintaksisin əhatə dairəsi, əsas xüsusiyyətləri
I Türkoloji qurultayda dil məsələsi
Söz yaradıcılığının üsulları
İsmin hal kateqoriyasının Azərbaycan dilçiliyində öyrənilmə tarixi
Cümlə və onun əlamətləri haqqında
Azərbaycan dialekt və şivələrinin öyrənilmə tarixi
Qrammatika və dilin qrammatik quruluşu
Feilin növ və təsirlilik kateqoriyasının qarşılıqlı əlaqəsi
Azərbaycan leksikoqrafiyası tarixindən
İsmin  qrammatik  kateqoriyaları
Azərbaycan dilçiliyində nitq hissələrinin təsnifi prinsipləri
Azərbaycan orfoqrafiyasının prinsipləri
Sifətin müqayisə dərəcələri
Azərbaycan dilində heca tipləri və vurğu
Dilin morfoloji quruluşu
Ara sözlər (quruluşca və mənaca növləri)
Azərbaycan dialektlərinin təsnifi
Qeyri-müəyyən, nisbi, qayıdış, inkar əvəzliyi
Dilimizin sintaktik quruluşu barədə fundamental araşdırmaların xülasəsi
İsmi birləşmələr
Azərbaycan dilçiliyində keçid şivələri məsələsi
Cüttərkibli və təktərkibli cümlə məsələsi
Qarışıq tipli tabesiz mürəkkəb cümlələr
Feilin şəkil kateqoriyası
Morfologiya və tədqiqat obyekti
Feilin zaman kateqoriyası
Ədat və əsas məna növləri
İsmi və feili birləşmələr, əsas xüsusiyyətləri
Mübtəda və tamamlıq budaq cümlələri
Məkani  və qrammatik hallar məsələsi
Azərbaycan dilində modallığın qrammatik kateqoriya səviyyəsində ifadəsi (şəkil kateqoriyası)
Nida, işlənmə məqamları və tədqiqi tarixi
Söz birləşməsi və cümlə problemi
Azərbaycan dilinin sintaktik quruluşu barədə fundamental araşdırmaların xülasəsi
Azərbaycan  dili haqqında ümumi məlumat
Qrammatika və onun hissələri haqqında
Feilin inkarlıq kateqoriyası
Ədəbi dil, koyne və norma anlayışları
Uzlaşma əlaqəsi
Azərbaycan dilində cümlə problemi
Azərbaycan əlifbasının tarixindən
Leksikologiya və leksikoqrafiya
Azərbaycan dili saitlərinin əsas xüsusiyyətləri
İsmin mənsubiyyət kateqoriyası
Köməkçi nitq hissələri: ədat, sərhəddi və əsas məna növləri
Morfologiyanın predmeti, qrammatik kateqoriya, qrammatik məna,qrammatik
forma
Mürəkkəb cümlədən böyük olan sintaktik vahidlər (mürəkkəb sintaktik
bütöv problemi)
Fonetik hadisələr
Nitq hissələrinin təsnifi prinsipləri
Azərbaycan dilçiliyində zərf probleminin qoyuluşu
Feili birləşmələr
Zərf və zərflik münasibətləri
Azərbaycan dilçiliyində və türkologiyada nitq hissələrinin təsnifi prinsipləri
Lüğətlərin əsas tipləri
Şəkil və məzmunca söz qrupları
Feili sifət və onun ikili xüsusiyyəti
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Feili tərkiblər və budaq cümlə
Modal sözlər, əsas əlamətləri. Onun müstəqil və əsas nitq hissəsinə münasibəti məsələsi
Dilin sintaktik vahidləri, onların tipləri və mühüm əlamətləri
Cümlənin baş və ikinci dərəcəli üzvləri  haqqında
Təyin və xəbər budaq cümlələri
İltisaqilik barədə türkoloji ədəbiyyatın xülasəsi
Ümumi qrammatik kateqoriyalar
Nitq hissəsi və cümlə üzvü problemi
Dialekt leksikası və onun dilçiliyimizdə öyrənilmə vəziyyəti
Azərbaycan dilində heca və onun növləri
Qarışıq tipli tabeli mürəkkəb cümlələr
Azərbaycan dilində say
Azərbaycan dilinin frazeoloji vahidlərinin təsnifi və onların səciyyəvi cəhətləri
Azərbaycan dilində zərf
Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələri
Əvəzlikdə məna problemi: qayıdış, yiyəlik, inkar əvəzliklərinə münasibətlər
Bağlayıcı, onun vəzifələri, dilçiliyimizdəki təsnifi
Feili bqağlama, feili sifət, məsdər. Bunların dildəki məna və vəzifələri
Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər. Xitab

Azərbaycan dilçiliyi kafedrasının müdiri:                  prof. S.Ə.Abdullayeva

Bookmark and Share