Home AZ | EN | RU

Abdullayeva Sənubər

Abdullayeva Sənubər Əlövsət qızı

Filologiya elmləri doktoru, BDU-nun

Azərbaycan dilçiliyi kafedrasının müdiri

QISA BİOQRAFİK MƏLUMAT

  • 1951-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub.
  • 1957-1968-ci illərdə Bakıdakı 7 saylı orta məktəbdə oxuyub və həmin məktəbi gümüş medalla bitirib.
  • 1968-1973-cü illərdə S.M.Kirov alına Azərbaycan Dövlət Universitetində şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
  • 1973-1977-ci illərdə EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aspirantı olub.
  • 1978-2007-ci illərdə Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində işləyib.
  • 1978-1985-ci illərdə Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi olmuşdur.
  • 1985-2003-cü illərdə Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində böyük elmi işçi olmuşdur
  • 2003-cü ildən bu günə kimi Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində aparıcı elmi işçisidir.
  • 1990-1993-cü illərdə Dilçilik İnstitutunun doktorantı olub.
  • 1996-2003-cü illərdə Bakı Asiya Universitetində dosent vəzifəsində işləyib.
  • 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində dosent vəzifəsində işləyib.
  • 2007-2009-cu  illərdə BSU-da kafedra müdiri vəzifəsində işləyib
  • 2009-bu günə kimi BDU-da Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində işləyir
  • 3 övladı var.

TƏHSİLİ ELMİ DƏRƏCƏSİ ELMİ ADI

  • 1973, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini filoloq-tərcüməçi, fars və Azərbaycan dili müəllimi ixtisası ilə fərqlənmə diplomu ilə bitirib.
  • 1979, filol.elm.nam. «Müasir Azərbaycan dilində adverbiallaşma»
  • 2007, filol.elm.dokt. «Azərbaycan nağıl və dastanlarının dili».
  • 1985, böyük elmi işçi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

  • 1978-1985, EA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi.
  • 1985-2003, Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində böyük elmi işçi.
  • 2003-dən bu günə kimi Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində aparıcı elmi işçi.
  • 2003-2007, BSU-nun dosenti.
  • 2007-2009-cu  illərdə BSU-da kafedra müdiri vəzifəsində işləyib
  • 2009-bu günə kimi BDU-da Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində işləyir
  • 80-dən artıq elmi məqalələrin, 1 dərslik,1 dərs  vəsaiti, 1 monoqrafiyanın müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • Müasir Azərbaycan dili, leksika, monoqrafiya.

BEYNƏLXALQSEMİNAR, SİMPOZİUMKONFRANSLARDAİŞTİRAKI.

  • 1986, Bakı. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş konfrans.
  • 1988, Bakı. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri konfrans.
  • 1993, Bakı. Azərbaycan onomastikasının problemlərinə həsr olunmuş IV konfrans.
  • 1995, Bakı. Filologiya məsələlərinə həsr olunmuş elmi-praktik konfrans.
  • 1995, Azərbaycan onomastikası problemlərinə həsr olunmuş V elmi-praktik konfrans.
  • 2003, Bakı. V.İ.Aslanovun 75 illik yubileyinə həsr olunmuş elmi konfrans.
  • 2005, Bakı. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə, III uluslararası folklor konfransı.
  • 2006, Bakı. Bakı Slavyan Universitetinin əməkdaşlarının illik elmi işlərinin yekununa həsr olunmuş konfrans.
  • 2007, Bakı. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə». V uluslararası folklor konfransı.
  • 2007, Bakı. Müasir dilçiliyin problemlərinə həsr olunmuş II Beynəlxalq konfrans.
  • 2008, Москва. Формирование гуманитарного пространства в странах СНГ: вызовы, задачи, инструменты.
  • 2008, Москва. Параметры типового проекта двуязычного учебника по языкам и культуре госу­дарс­тв – участников СНГ. Beynəlxalq elmi-praktik seminar.
  • 2008,  Москва. Итоги создания серии учебников и хрестоматий для МИЯ СНГ. Beynəlxalq dəyir­mi masa.
  • 2009, Bakı. Mədəniyyətlərarası dialoq: «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğməsi». Beynəlxalq simpozium.
  • 2009, Москва. Формирование инновационного гуманитарного прос­тран­с­тва СНГ в условиях многоязычия и поликультурности. Gənclər üçün elmi konfrans.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 1996, Azərbaycan nağıl və dastanlarında ənənəvi formulalar. «Türkologiya», №1-6.
  • 2002, Azərbaycan nağıl və dastanların dili haqqında Türkologiya, №1-2.
  • 2003, Azərbaycan nağıl və dastanlarının dilində onomastik vahidlər. Terminologiya məsələləri.
  • 2003, Azərbaycan nağıl və dastanlarının dilində leksik-semantik söz qrupları. AMEA-nın «Xəbərləri», № 1-4.
  • 2004, Folklor dili və dialektfövqülük. AMEA-nın «Xəbərləri», № 1.
  • 2004, Ədəbi dil, dialekt, dialektfövqülük. Tağıyev oxuları, BSU.
  • 2004, Folklor dili milli dil sisteminin tərkib hissəsi kimi. AMEA-nın «Xəbərləri», №3-4.
  • 2005, Folklor dilinin milli dil sistemində yeri. Türkologiya, №1-2.
  • 2005, Nağıl və dastan dilində köməkçi nitq hissələri. AMEA-nın «Xəbərləri», №3.
  • 2005, Dastan dilində arxaik sözlər. ADU-nun «Elmi xəbərləri», №4.
  • 2005, Nağıl və dastan dilində əvəzliklərin üslubi mövqeyi. ADU-nun «Elmi xəbər­lə­ri.», №5.
  • 2005, Folklor dilinin tədqiqinə dair. Dilçilik məsələləri, №2 (3).
  • 2005, Nağıl və dastan dilində sayların üslubi imkanları. Dilçilik məsələləri, №3.
  • 2005, Nağıl və dastan dilinin leksik xüsusiyyətləri. Elmi axtarışlar, XV.
  • 2005, Nağıl və dastan dilində bəzi onomastik vahidlər. Qorqud, IV
  • 2005, Nağıl və dastan dilində qoşma. Elmi araşdırmalar, VIII.
  • 2007, Folklor mətni linqvistik tədqiqat obyekti kimi. Müasir dilçiliyin problemləri.
  • 2008,Qoşmanın bəzi nəzəri məsələləri .BSU. Elmi xəbərləri, №2.
  • 2008, Azərbaycan dili  və nitq mədəniyyəti (proqram). BSU.
  • 2008, Qrammatikanın tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları (proqram). BSU.
  • 2009, «Kitabi-Dədə Qorqud» dastanında sayların semantik-sintaktik xüsusiyyətləri. Mədəniy­yət­lər­arası dialoq. Beynəlxalq simpozium. BSU.
  • 2009. Этнокультурологический принцип обучения Азербайджанскому языку как иностран­но­му. Вестник, №4, КазГЮУ. Астана.

KİTABLAR

  • 1991, Müasir Azərbaycan dilində zərf. Bakı
  • 1998, Azərbaycan nağıl və dastanlarının dili. Bakı.
  • 2004,  Müasir Azərbaycan ədəbi dilinin işgüzar  üslubu. (kollektiv monoqrafiya)
  • 2009, Практический курс азербайджанского языка,Москва (кollektiv dərslik)
Bookmark and Share