Home AZ | EN | RU

ALMAN VƏ FRANSIZ DİLLƏRİ KAFEDRASI

Alman və fransız dilləri kafedrası 2001-ci ildə yaradılmış və ilk müdiri dos. Əminə Lətif qızı Əliyeva olmuşdur. 2007-ci ildən kafedra müdiri dos. Elmira Nadir qızı Fərəcullayevadır.
Dos. E.N.Fərəcullayeva «Comprehension. Fransız dilindən testlər» dərsliyinin müəllifidir. 2007-ci ildə «Koroğlu» dastanının Jorj Sand tərəfindən fransız dilinə tərcüməsini rus və Azərbaycan dillərinə çevirmiş, fransız versiyası ilə birgə çap etdirmişdir.
Kafedra alman və fransız dilləri üzrə praktik və nəzəri fənləri tədris edir.
Kafedranın fransız dili bölməsinin elmi istiqamətlərinin əsasını praktik fransız dili, fransız dilinin tədrisi metodikası və bu ixtisasla bağlı nəzəri problemlər təşkil edir.
Alman-fransız dilləri kafedrasının alman dili üzrə bölməsinin elmi istiqamətləri bunlardır: müqayisəli onomastika, mətn dilçiliyi, alman ədəbiyyatı, yazılı və şifahi nitq praktikası, praktik fonetika, nəzəri fonetika, nəzəri qrammatika, alman dilinin qrammatikası, bədii tərcümə, leksikologiya, üslubiyyat və s.
Kafedra əməkdaşlarının əksəriyyəti Fransa və Almaniyada təhsil almış və ya təkmilləşdirmə kursu keçmişdir.
Kafedrada bu illər ərzində dos. E.N.Fərəcullayeva, baş müəl. M.L.Məmmədov, müəl. E.F.Yunusova, dos. Ə.A.Hüseynov, dos. F.B.Bağırova və dos. İ.A.Əmiraslanovanın dərslik və dərs vəsaitləri, baş müəl. S.S.Quliyeva və baş müəl. M.İ.Orucovanın lüğətləri çap olunmuşdur. Kafedranın alman dili müəllimləri mütəmadi olaraq Almaniya səfirliyinin, fransız dili müəllimləri isə Fransa səfirliyinin təşkil etdiyi müəllimlərin yay təkmilləşdirmə kurslarında, eləcə də müxtəlif seminar və tədbirlərdə iştirak edirlər.

Bookmark and Share