Home AZ | EN | RU

AZƏRBAYCAN DİLİNİN TƏTBİQİ MƏSƏLƏLƏRİ LABORATORİYASI

«Azərbaycan dilnin tətbiqi məsələləri» Elmi Tədqiqat Laboratoriyası 6 aprel 1990-cı ildən fəaliyyət göstərir.
Hazırda laboratoriyada 14 nəfər əməkdaş çalışır:  onlardan 4-ü böyük elmi işçi, 3-ü kiçik elmi işçi, 1-i tərcüməçi, 3-ü böyük laborant və  3-ü laborantdır.
Struktur və ştat cədvəli:

  • Ağakişiyev Əliheydər Yunis oğlu - filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
  • Kərimova İradə İsrafil qızı - filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
  • Əfəndiyeva Lalə Rasim qızı - filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
  • Vəliyeva Xatirə Xaliddin qızı - filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
  • Cəfərova Zeynəb Böyükağa qızı – filologiya üzrə fəlsəfə doktoru, kiçik elmi işçi
  • Vəliyeva Səbinə Xansuvar qızı - filologiya üzrə fəlsəfə doktoru, kiçik elmi işçi
  • Əfəndiyeva Nairə Pünhan qızı- filologiya üzrə fəlsəfə doktoru, böyük laborant
  • Məmmədova Aynur Sabir qızı - kiçik elmi işçi
  • Şirinova Gülarə Nüsrət qızı - tərcüməçi
  • Aslani Arzu Sədulla qızı – böyük laborant
  • Əliməmmədova İlhamə Şirbala qızı -böyük laborant
  • Cəfərov Elşən Binyamin oğlu - laborant
  • Əliyeva İlahə Abbasqulu qızı - laborant
  • Abduləzizova Sədaqət Davud qızı - laborant

Azərbaycan dilinin tətbiqi məsələləri ET laboratoriyası “Azərbaycan onomastikasının tətbiqi məsələləri” istiqamətində iş aparır.  Laboratoriyanın tədqiqat problemi «Azərbaycan onomastikasının tətbiqi məsələləri»dir. Həmin problematika çərçivəsində 2005-2009-cu illərdə «Bakının müasir onomastikası» mövzusu araşdırılır. Mövzu ilə bağlı Bakı şəhərinn mövcud onomastik vahidlərinin toplanması, qruplaşdırılması, sistemləşdirilməsi və tətbiqi dilçilik baxımından tədqiqi, bu vahidlərdən istifadənin səviyyəsini, onların Azərbaycan dilinin Dövlət dili statusu baxımından verilən tələblərə uyğunluğunu araşdırmağa, bu sahədə mövcud nöqsan və çatışmazlıqları aşkar etməyə və onların aradan qaldırılması yollarını müəyyənləşdirməyə imkan verir.
Azərbaycan dili geniş lüğət tərkibinə malik dillərdən biridir. Bu dilin leksik sisteminin istər apelyativ, istərsə də onomastik vahidləri olduqca zəngindir. Dilimizin apelyativ leksik vahidlərinin tədqiqinə xüsusi əhəmiyyət verildiyi halda, zəngin xüsusiyyətlərə malik onomastik vahidlər müəyyən dərəcədə diqqətdən kənarda qalmışdır. Belə ki, bu vahidlərin sosiolinqvistik araşdırılması istər Azərbaycanın, istərsə də Azərbaycan dilinin tarixinin araşdırılması, dövrləşdirilməsi, qədim sərhədlərimizin müəyyənləşdirilməsi, milli adlarn qorunması üçün əvəzsiz mənbədir. Bütün bunlar isə Azərbaycan xalqının soykökünə, tarixinə, məskunlaşdığı coğrafi əraziyə və sosial məişətinə dair mühüm, orijinal qənaətlər əldə edilməsinə imkan yaradır.

Bookmark and Share