Home AZ | EN | RU

AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI VƏ BƏDİİ TƏRCÜMƏ LABORATORİYASI

Azərbaycan Mühacirət ədəbiyyatı və bədii tərcümə ETL 1992-ciildə Azə­baycan Respublikası Təhsil nazirinin 10 fevral 1992-ci il tarixli 98 saylı əmri, BDU rektorunun 20.02.1991-ci iltarixli 205 saylı əmri ilə yaradılıb.

Hal-hazırda laboratoriyada 8 nəfər əməkdaş çalışır:

  • Hüseynova Nəzakət Hüseyn qızı filologiya üzrə fəlsəfə doktoru, dosent, böyük elmi işçi
  • Məmmədova Samirə Məmməd qızı - filologiya üzrə fəlsəfə doktoru, elmi işçi
  • Nağıyeva Səidə  Faiq qızı – filologiya üzrə fəlsəfə doktoru,  kiçik elmi işçi
  • Ağamalıyeva Təranə Lətif qızı filologiya üzrə fəlsəfə doktoru, kiçik elmi işçi
  • Hüseynova Sevil Dünyamin qızı filologiya üzrə fəlsəfə doktoru, böyük laborant
  • Əhmədova Nigar Tofiq qızı - elmi işçi
  • Mustafayev Zaur Telman oğlu-  elmi işçi
  • Novruzova Heyran Fəttah qızı - kiçik elmi işçi

Azərbaycan Mühacirət ədəbiyyatı  və bədii tərcümə  ET laboratoriyası «Azərbaycan ədəbiyyatı tarixi», «Ədəbi əlaqələr  və bədii tərcümə» istiqamətində iş aparır.
Mövzunun adı : Azərbaycan müasir və mühacirət ədəbiyyatı  məxəzlərinin elmi axtarışları, bibloqrafiyasının işlənib nəşrə hazırlanması.
Bibloqrafiya bankının yaradılması və onun vaxtaşırı, illər üzrə yeni mən­bələr əsasında  tamamlanıb tələbə və müəllim heyətinin, habelə tədqiqatçıların istifadəsinə verilməsi bibloqrafiya bankının elmi – tədqiqat işlərinə və tədris prosesinə tətbiq olunmasının əyani formasıdır.

Laboratoriya həmçinin yüksək səviyyəli tərcüməçilərin yetişməsində, elmi nailiyyətlərin inteqrasiyası dövründə  ədəbi əlaqələrin qarşılışlı inkişafına təkan verə biləcək elmi kadrların hazırlanmasında  birbaşa iştirak edir.
Laboratoriya əməkdaşları nəşriyyat, arxiv və kitabxanalardan 20 000-ə yaxın göstərici  toplayaraq, sistemləşdirmişdir. «Ədəbi əlaqələr və bədii tərcümə» adlı dərs vəsaitinin yenidən təkmilləşdirilmiş variantı çapa hazırlanır.

İstər müasir, istərsə də mühacirət ədəbiyyatı və bədii tərcümə nümayəndələri, onların əsərləri, habelə onlar haqqında yazılan elmi əsərlər haqqında müəyyən bilgi və məlumat əldə etmək üçün laboratoriyanın kataloq bankında toplanan materiallar yetərincədir.  Laboratoriyamızın əməkdaşları onlara edilən müraciətlərə mütəxəssis rəyi verirlər. Laboratoriyada hazırlanan «Azərbaycan mühacirət ədəbiyyatı müntəxəbatı» və yenidən təkmilləşməyə cəlb edilən «Əbədi əlaqələr və bədii tərcümə» adlı dərs vəsaitləri isə bu istiqamətdə tədris edilən kurslar üçün nəzərdə tutulmuşdur.
Laboratoriyada yaradılan məlumat bankı müəllim, tələbə və tədqiqatçıların müxtəlif kitabxana və arxivlərdə  itirəcəkləri vaxt itkisinin  qarşısını almaqla bərabər, onlara mütəxəssis rəyi də verir. Çapa hazırlanan iki dərs vəsaiti isə həmin istiqamətlərdə tədris edilən kurslar, habelə tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

 

Bookmark and Share