Home AZ | EN | RU

«DİL VƏ ƏDƏBİYYAT»

«DİL VƏ ƏDƏBİYYAT» BEYNALXALQ ELMİ-NƏZƏRİ JURNAL



"Dil və ədəbiyyat" jurnalı 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir. İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir. Jurnalının beynalxalq əlaqələri genişdir. Xarici ölkə müəlliflərinin məqalələrinə də geniş yer verilir. Rusiya, Türkiyə, İran, ABŞ, Almaniya, Fransa və s. ölkələrdən gəlmiş elmi məqalələr jurnalda öz əksini tapmışdır. Türkiyə, Rusiya və Gürcüstan AAK-ları da jurnalı öz reyestrlərinə daxil etmişlər. Jurnal təkcə abunə yolu ilə ilə yayılır və elmi müəssisələrin kitabxanalarına pulsuz paylanır. Jurnalın internet saytı 1999-cu ildən fəaliyyət göstərir, 2001-ci ildən isə çapdan çıxan jurnalların bütün nömrələri aşağıdakı iki ünvanda yerləşdirilir: http://yazikiliteratura.boom.ru/http://yazikilitra1.narod.ru/ "Dil və ədəbiyyat" jurnalının redaksiya heyətinin qərarı ilə tanınmış filoloq –alimlərin əsərləri jurnalın İnternet səhifəsinə salınmışdır, böyük yazıçı və mutəfəkkir Mir Cəlal Paşayevin 100 illik yübleyi iləəlaqədar İnternet saytı açmışdır və ədibin yardıcılığı ilə bağlı bir çox materialları aşağıdakı saytda yerləşdirmişdir və bu axıra qədər davam etdiriləcək: http://MirCalal.narod.ru


Jurnalın baş redaktoru Tahir Əşrəf oğlu Cəfərli

Bookmark and Share