Home AZ | EN | RU

Filologiya elmləri dokroru, professor E.Əzizov

QISA MƏLUMAT FORMASI

Əzizov Elbrus

Filologiya elmləri dokroru, professor

QISA BİOQRAFİK MƏLUMAT

  • 1947-ci il noyabrın  25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub.
  • 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub.
  • 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 №-li orta məktəbdə oxuyub.
  • 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 №-li onbirillik orta məktəbdə oxuyub   və həmin  məktəbi qızıl medalla bitirib.
  • 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
  • 1971-1974-cü illərdə  Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub.
  • 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir.
  • Azərbycan Respublikası Prezidentinin 4 iyul 2001-ci il tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyasına üzv təyin olunub.
  • Azərbycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar Müəllim" fəxri adı verilib
  • Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin 26 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü təyin edilmişdir.
  • Ailəlidir, üç övladı var.

 

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1970, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  • 1974, filol.elm.nam.,  «Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi»
  • 1990, filol.elm.dok.,  «Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)»
  • 1985, dosent elmi adını alıb
  • 1994, professor elmi adını alıb

ƏMƏK FƏALİYYƏTİ

  • 1970-1971, Yevlax şəhərində M.Hüseyn adına 4№-li orta məktəbdə ədəbiyyat müəllimi
  • 1974-1979, müəllim, C.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, türkologiya kafedrası
  • 1979-1983, baş müəllim, C.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, türkologiya kafedrası
  • 1983-1991, dosent,  Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi,  türkologiya kafedrası 1991-2006, professor, Bakı Dövlət Universiteti, filologiya fakültəsi, türkologiya kafedrası
  • 2006-cı il dekabrın 26-dan Bakı Dövlət Universiteti filologiya fakültəsinin dekanı
  • Azərbaycan dialektologiyası, Azərbaycan dilinin tarixi dialektologiyası, müasir türk dilləri fənlərindən dərs deyir.
  • 100-dən çox məqalənin, 2 monoqrafiyanın, 4 kitabın müəllifidir.
  • 1 nəfər elmlər doktoru hazırlamışdır.

TƏDQIQAT SAHƏSI

  • Azərbaycan dialektologiyası, dil tarixi, ümumi türkologiya

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1973, Bakı, 1973-cü ildə respublikada aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş XI elmi sessiya
  • 1976, Alma-Ata, Ümumittifaq türkologiya konfransı
  • 1979, Düşənbə, Dil tarixi və dialektologiyanın ümumi məsələləri üzrə müşavirə
  • 1982, Ufa,  Türk dillərinin dialektologiyası üzrə IX konfrans
  • 1983, Bakı, 1983-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfrans
  • 1984, Omsk, Sibirin və həmhüdud ərazilərin türkdilli xalqlarının etnik tarixi. Dilçilik üzrə elmi konfrans
  • 1986, Bakı, Azərbaycan onomastikasına dair konfrans
  • 1987, Bakı, Böyük Oktyabr sosialist inqlabının 70 illiyinə həsr olunmuş klassik mətn və transkripsiya məsələləri elmi-nəzəri konfransı
  • 1988, Bakı, Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri konfrans
  • 1994, Bakı, Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 1999, Bakı, Bakı Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 2000, Bakı, „Kitabi-Dədə Qorqud“un 1300 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium
  • 2003, Bakı, Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş elmi konfrans
  • 2006, Bakı, Beynəlxalq yaradıcılıq elmi simpoziumu: „Mif , millət, ədəbiyyat“
  • 2006, Bakı, I türkoloji qurultayın 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans
  • 2006, Bakı, „Filologiyanın aktual problemləri“ mövzusunda elmi-nəzəri konfrans
  • 2008, Bakı, Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 2008, Bakı, Ümummilli lider H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans

SEÇIILMIŞ ƏSƏRLƏRI

  • 2004, „Əmsali-türkanə“ məcmuəsindəki atalar sözlərinin dil xususiyyətləri haqqında
  • 2005, Dialektizm anlayışı və bəzi dialektizmlər haqqında
  • 2005, Dialektologiyanın əsas anlayışları və terminləri haqqında
  • 2005, Müasir türk dilləri (proqram)
  • 2005, Azərbaycan dilinin tarixi dialektologiyası (proqram)
  • 2005, Türk dillərinin dialektologiyası (proqram)
  • 2006, Qədim türk əfsanəsi və Azərbaycan folkloru (ingilis dilində)
  • 2006, Çuvaş dili haqqında
  • 2006, Azərbaycan dialektologiyasına qiymətli töhfə
  • 2006, Bədii dildə dialektizmlərin yeri
  • 2007, Azərbaycan dilinin inkişaf məsələləri
  • 2007, Azərbaycan dilçiliyində dialektologiyanın əsas anlayışları və terminləri məsələsi
  • 2008, Mir Cəlalın bədii dilə münasibəti və onun üslubu haqqında
  • 2008, Azərbaycan dilinin tətbiqində və dövlət dili kimi təsbit edilməsində Heydər Əliyevin rolu
  • 2008, Ə.Əylislinin üslubu haqqında
  • 2008, Qədim türk əfsanəsi və Azərbaycan folkloru (Azərbaycan və Koreya dillərində)
  • 2008, Təbriz dialekti haqqında qiymətli əsər
  • 2008, „Kitabi-Dədə Qorqud“ abidəsinin oğuz dilləri kontekstində tədqiqi
  • 2008, Azərbaycan dialektologiyası (proqram)
  • 2008, Türk dillərindən biri: Müasir türk dili (proqram)

KITABLAR

  • 1995, Söz xəzinəsi (Söz haqqında araşdırmalar)
  • 1999, Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)
Bookmark and Share