Akademik Nərgiz Arif qızı Paşayeva
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri
İş telefonu: (+99412)510 92 02
e-mail: npashaeva@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
- 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
- 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini və aspiranturasını bitirib.
- 1987-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsinə, 2004-cü ildə isə filologiya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür.
- Monoqrafiyaların, kitabların, dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalələrin müəllifidir.
- Özəl “ÜNS” yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, “Azərbaycan mədəniyyətinin dostları” xeyriyyə fondunun İdarə heyətinin üzvü, “Azərbaycan-İrs” jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Müəllifi olduğu bir sıra layihələr sahəsində 10 cildlik “Molla Nəsrəddin” nəşrinin I və II cildləri, “Səməd Vurğunun həyatı məktublarda”, “Bellissimo”! Fidan və Xuraman” kitabları işıq üzü görmüşdür.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1983-cü ildə Bakı Dövlət Universitetini bitirib
- 1986-cı ildə “M.Sabirin novatorluğu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
- 2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1994-cü il oktyabr ayından Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat“ kafedrasının professoru və kafedra müdiridir.
- 2006-cı ildən – BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir.
- 2006-cı ildən 2008-ci ilədək – BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
- 2007-ci ildən – Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür.
- 2008-ci il iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir.
- 1987-ci il mart ayından BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında (2004-cü ildən adı Klassik Azərbaycan ədəbiyyatı kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış.
- 2005-ci ildən Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru və kafedra müdiridir.
- neçə monoqrafiyanın müəllifidir - 3
- neçə kitabın müəllifidir - 4
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Türkiyə, Rusiya, Fransa, İngiltərə və Almaniyanın müxtəlif universitetlərinin dəvətləri ilə beynəlxalq konfranslarda iştirak edib.
KİTABLAR
- 1997, Sabirin novatorluğu. Bakı, 1997 (monoqrafiya);
- 1997, 2000, Antik ədəbiyyatının tarixi. Bakı, 1997, 2000 (dərslik);
- 2002, Dünya deyilən sənmişsən. Stambul, 2002 (kitab);
- 2003, İnsan bədii tədqiq obyekti kimi. Bakı, 2003 (monoqrafiya);
- 2003, İnsan-obraz-ədəbiyyat. Bakı, 2003 (monoqrafiya) və s.
