Filologiya elmləri namizədi, dosent

Filologiya elmləri namizədi, dosent
İş telefonu: (+99412) 439 09 29
- 01.09.1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Daşarx kəndində anadan olmuşdur.
- 1978-ci ildə Siyaqut kənd orta məktəbini bitirmişdir.
- 1981-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
- 10 il Şərur rayonunda Mədəniyyət və təhsil sahəsində çalışmış, 1997-ci ildə Bakı Dövlət Universitetinə baş laborant kimi işə götürülmüşdür.
- 2001-ci ildən Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərir.
- 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Ailəlidir. 2 övladı var.
- 1986—cı ildən 1996-ci ilə qədər Şərur rayon Mədəniyyət Şöbəsi. MKS.Şərur rayon təhsil şöbəsi.
- 1997—ci ildən “Fond və kataloqlar” laboratoriyası, 2001-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrası.
- Ədəbiyyatşünaslığın əsasları, XIX əsr Azərbaycan ədəbiyyatı, ədəbiyyatın tədrisi metodikası. Maarifçi realisr ədəbiyyat, tədris tarixi.
- 31 məqalə, 1 monografiya, 2 kitabı var.
- Azərbaycan Maarifçiliyi və milli özünüdərk
- 2003, H.Cavid yaradıcılığı yeni elmi-ədəbi fikir müstəvisində. Məqalə. Bakı universitetinin xəbərləri, №3, c.55-59.
- 2003, XX əsr Naxçıvan ədəbi mühitinin unudulmuş nümayəndələri silsiləsindən. Ələkbər Qərib Naxçıvanlı. Məqalə. Bakı Universitetinin xəbərləri, №4, s.46-50.
- 2004, XX əsr Naxçıvan ədəbi mühitini unudulmuş nümayəndələri silsiləsindən. Molla Mahmud Çakər (1871-1932). Məqalə. Elmi axtarışlar X toplu. B., s. 35-38.
- 2004, Orta məktəbdə ədəbiyyat tədrisində inteqrasiya və diferensiasiyanın rolu. Məqalə. Elmi axtarışlar XI toplu. B.: c.147-150.
- 2005, Azərbaycan maarifçiliyi və türkçülük. Məqalə. Bakı Universitetinin xəbərləri Humanitar elmlər seriyası. № 4, c.51-58.
- 2005, Azərbaycanda ədəbi məktəblər (XIX əsrin sonu – XX əsrin əvəlləri) Magistratura kursları üçün. Proqram. Bakı, c.10
- 2005, Naxçıvan ədəbi mühiti və milli özünüdərk (XIX əsrin sonu- XX əsrin əvəlləri). Məqalə. Elmi axtarışlar XV toplu. B.: s.404-408
- 2006, “Molla Nəsrəddin” jurnalında Azərbaycançılıq. Məqalə. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransının tezis və məqalələri. B.: s.7-11.
- 2007, M.F.Axundzadə və milli özünüdərk. Məqalə. Elmi axtarışlar XXIII toplu. B.: s.127-130.
- 2006, Təbiəti obrazlaşdıran şair. (Xalq şairi H.Arifin yaradıcılığına həsr olunur). Məqalə.Azərbaycan. Ədəbi-bədii jurnal. №11. B.: s. 156-160
- 2007, Ə.Qəmküsar və xalqın milli ağrıları. Məqalə. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №1 (55), B, c.109-111.
- 2007, E.Sultanov (1866-1935) və dövrün ədəbi mühiti. Məqalə. Bakı Universitetinin xəbərləri Humanitar elmlər seriyası. №3, c.53-61.
- 2007, Naxçıvan ədəbi mühitindən... Dərs vasaiti. B.: 83s.
- 2008, M.Cəlalın hekayə yaradıcılığı. Məqalə. Yazıçı və zaman. M.Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. B. 325 s.
- 2008, Əziz Şərif Naxçıvan ədəbi mühitinin yetirməsi kimi. Məqalə. Bakı Universitetlərin xəbərləri. Humanitar elmlər seriyası. B.: №1. s. 17-21.
- 2008, N. Vəzirov və xalqın milli özünüdərki. Bakı. Universiteti xəbərləri. Humanitar elmlər seriyası. №4.
- 1999, Xalq yazıçısı H.İbrahimovun yaradıcılığı (monoqrafiya) B.: Yazıçı.
- 1999, Hüseyn Arif poeziyasında həyat – insan problemi (vəsait). B: Aytac.
- 2007, Naxçıvan ədəbi mühitindən (dərs vəsaiti) B.:



