Home AZ | EN | RU

HUMANİTAR FAKÜLTƏLƏR ÜZRƏ RUS DİLİ KAFEDRASI

Humanitar fakültələr üzrə rus dili kafedrası BDU-nun aparıcı kafedralarından biridir. Bu kafedranın müəllimləri 8 fakültənin Azərbaycan bölməsində dərs deyirlər.
Kafedra 1919-cu ildə yaradılmış və ona dos. P.O.Pilaşevski rəhbərlik etmişdir. 1939-cu ildə Filologiya fakültəsi bərpa edilərkən təşkil edilmiş kafedralar içərisində Rus dilinin praktik kursu kafedrası da var idi. Həmin il kafedranın müdiri vəzifəsinə prof. H.Şaxtaxtinski təyin edilmişdi. 1949-1958-ci illərdə kafedraya f.e.n. M.V.Mirzəyeva rəhbərlik etmiş, 1958-ci ildən kafedranın rəhbəri dos. Əhməd Mahmudov olmuşdur. 1964-cü ildə Rus dili kafedrası yenidən bərpa edilmiş və öz fəaliyyətini f.e.n. M.C.Mövsümzadənin başçılığı ilə davam etdirmiş, 1967-1972-ci illərdə kafedranın müdiri F.H.Hüseynov, 1972-1982-ci illərdə isə dos. F.T.Sultanzadə olmuşdur.
Rus dilinin tarixi və morfologiyası üzrə mütəxəssis dos. F.T.Sultanzadə «Azərbaycan qrupları üçün rus dili» dərsliyinin və «Aktual üzvlənmənin bəzi məsələləri və mürəkkəb cümlələrin təsnifatı» monoqrafiyasının müəllifidir.
1982-2004-cü illərdə kafedranın müdiri rus dilinin tədrisi metodikası üzrə tədqiqatçı, prof. A.R.Səmədova olmuşdur. O, «Rus dili» dərsliyinin, tədris proqramlarının və 4 metodik vəsaitin müəllifidir. 2014/15-ci tədris ilindən o, professor-məsləhətçi vəzifəsində çalışır.
2004-cü ildə kafedra xarici tələbələr üçün Rus dili kafedrası ilə birləşdirilmiş, Əməkdar müəllim, dos. Ədibə Mir Cəlal qızı Paşayeva kafedra müdiri seçilmişdir.
Dos. Ə.M.Paşayeva rus dilinin tədrisi üzrə respublikanın tanınmış alimlərindəndir. O, xarici tələbələrə rus dilinin tədrisi ilə bağlı çoxsaylı dərslik və  dərs vəsaitlərinin müəllifidir: «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin tələbələri üçün rus dilindən dərs vəsaiti», «Xarici tələbələr üçün ədəbiyyatdan dərs vəsaiti», «Rus dili dialoqlarda», «Rus dili monoloqlarda», «Xarici tələbələr üçün rus dilindən dərs vəsaiti», «Humanitar fakültələrin tələbələri üçün rus dili» dərsliyi. Bundan başqa, dos. Ə.M.Paşayevanın başçılıq etdiyi müəllif heyəti Təhsil Nazirliyinin 2010-cu ildə elan etdiyi tenderdə qalib gələrək, orta məktəblərin VII, VIII, IX, XI sinifləri üçün Rus dili fənni üzrə dərsliklər hazırlayıb nəşr etdirmişdir. 2013-cü ildə Ə.M.Paşayeva TQDK-nın sifarişi əsasında Rus ədəbiyyatı tarixi kafedrasının müəllimləri ilə birlikdə abituriyentlər üçün «Ədəbiyyat» adlı dərs vəsaiti hazırlamışdır. Dos. Ə.M.Paşayeva rus dili və ədəbiyyatı ilə bağlı bir sıra beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Son illər kafedra üzvləri çoxsaylı elmi məqalə və 20-dən artıq dərs vəsaiti çap etdirmişlər.

Bookmark and Share