Home AZ | EN | RU

Kafedranın dosenti

ARİF MƏMMƏDOV

Filologiya elmləri namizədi, dosent
İş telefonu: (+99412) 439 01 90

QISA BİOQRAFİK MƏLUMAT
  • Məmmədov Arif 1955-ci il oktyabrın 28-də Gürcüstan Respublikası Borçalı mahalının keçmiş Sarvan (indiki Marneuli) rayonunun Ağqula kəndində anadan olub
  • 1972-ci ildə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində orta məktəbi qurtarıb
  • 1973-1978-ci illərdə BDU-nun (keçmiş ADU-nun) filologiya fakültəsində təhsil alıb
  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Milli Siyasət Məsələləri üzrə Dövlət Müşaviri xidmətində işləyib
  • 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinə katib seçilib, indi də həmin vəzifədə çalışır
  • Bir dissertantı müdafiə edib, hazırda bir aspiranta elmi rəhbərlik edir.
  • Ailəlidir. İki övladı var
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
  • 1973-1978, BDU-nun filologiya fakültəsi
  • 1984, f.e.n., «XIX əsrin ikinci yarısı Azərbaycan nəsrində təhkiyə məsələləri»
ƏMƏK FƏALİYYƏTİ
  • 1979-1990, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi
  • 1990-1993, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində elmi işlər üzrə direktor müavini
  • 1993- 1999, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Milli Siyasət Məsələləri üzrə Dövlət Müşaviri xidməti ekspert qrupu
  • 1999, BDU-nun filologiya fakültəsinin Türk xalqları ədəbiyyatı (keçmiş Türk və Şərqi slavyan xalqları ədəbiyyatı) kafedrası
  • Apardığı dərslər: Türk xalqları ədəbiyyatı, Türkiyə ədəbiyyatı, Türk xalqları ədəbiyyatında insan və cəmiyyət, Türk xalqları ədəbiyyatı və türk mifologiyası, Türk xalqları ədəbiyyatında sufizm
  • 200-ə qədər mqalənin, rus, erməni və türk dillərindn bir çox tərcümələrin, 4 kitabın və proqramların müəllifidir
  • Məqalələri Litvada, İranda, Rusiyada, Gürcüstanda çap olunub
TƏDQİQAT SAHƏSİ
  • Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəğiyyatı, Türkiyə ədəbiyyatı
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • Türkiyədə, İranda, Gürcüstanda və Azrbaycanda keçirilən bir çox konfranslaraın iştirakçısı olub
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  • 2004, Dialoq və onun nəsrdə təzahür formaları. «Ədəbi-nəzəri məcmuə». 2-ci kitab, B
  • 2004, A.P.Çexov - «nəsrdə Puşkin». «A.P.Çexov. Seçilmiş əsərləri». B
  • 2004, Etnik-milli şüur və klassik nəsrdə xronotop. Filologiya məsələləri, 2-ci kitab. B
  • 2004, C.Məmmədquluzadənin «Qurbanəli bəy» hekayəsində millilik və obraz yaradıcılığı. Filologiya məsələləri, 3-cü kitab, B
  • 2004, Dünya xalqlarının mifləri və əfsanələri. «Dünya xalqlarının mifləri və əfsanələri». (A.Acaloğlu ilə birlikdə). B
  • 2004, Etnik-milli şüur və bədii simvol. «Filoloci araşdırmalar». XX kitab. B
  • 2004, Klassik Azərbaycan nəsri və obraz yaradıcılığında normativlik. «Filologiya məsələləri». 4-cü kitab. B
  • 2006, Azərbaycan klassik nəsrində mifoloci motiv və obraz yaradıcılığı. Ədəbiyyat məcmuəsi.B
  • 2006, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan nəsri: etnik-milli özünəməxsusluq və ədəbi ənənə. «XX əsr Azərbaycan ədəbiyyatı məsələləri». I kitab. B
  • 2006, Etnik milli şüurun yeni mərhələsi və klassik nəsrdə obraz yaradıcılığı. «Filologiya məsələləri». B
  • 2006, Stereotip davranış və obraz yaradıcılığı. «Azərbaycan ədəbiyyatının tarixi poetikası». B
  • 2006, «Aldanmış kasakib»də xronotop. BDU-nun «Dil və ədəbiyyat»ı. B
  • 2006, Qaraqalpaq nağılları. «Qaraqalpaq xalq nağılları». B
  • 2007, Ə.Haqverdiyevin hekayələrində davranış və norma. Filologiya məsələləri. №4
  • 2007, Etnik davranış sosial problemlərin ifadə vasitəsi kimi (J.Məmmədquluzadənin nəsri əsasında) Filologiya məsələləri. №5
  • 2008, N.Nərimanovun «Bahadır və Sona» əsərində doğmalıq və yadlıq. Azəarbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), №4
KİTABLAR
  • 1990, Nəsrin poetikası. B., Elm
  • 1999, Sözə inam sabahımızdır. B.,Nurlan
  • 2000, Epik sözün bədii gücü. B., Elm
  • 2006, Dünənimin sözləri. B.Elm
Bookmark and Share