Home AZ | EN | RU

Kafedranın dosenti

İSMAYIL ƏHMƏDZADƏ

Azərbaycan dilçiliyi kafedrasının dosenti
İş telefonu: (+99412)438 02 23

QISA BİOQRAFİK MƏLUMAT
  • 1949-cu il avqustun 16-da Azərbayjan Respublikası Neftçala rayonunun Aşağı Qaraimanlı kəndində fəhlə ailəsində anadan olmuşdur.
  • 1966-cı ildə həmin rayonun Qədimkənd kənd orta məktəbini gümüş medalla bitirmişdir
  • 1971-ci ildə BDU-nun filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Adlı təqaüdlə oxumuşdur. Təyinatla Neftçala rayonuna göndərilmiş
  • 1981-ci ilə qədər həmin rayonun Aşağı Xıllı qəsəbə, Aşağı Qaraimanlı kənd səkkizillik və Qədimkənd kənd orta məktəblərində müəllim, tərbiyə işləri üzrə direktor müavini kimi çalışmışdır.
  • Azərbaycan müəllimlərinin 6-cı qurultayının nümayəndəsi olmuşdur. Rayon dil-ədəbiyyat müəllimləri bölməsinin sədri olmuşdur.
  • 1981-ci ildə BDU-nun (ovaxtkı ADU-nun) filologiya fakültəsinin ixtisaslaşdırılmış Müdafiə Şurasında «Azərbaycan dilində feli bağlamanın zərflə əlaqəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 1981-ci ilin iyun ayında müsabiqə yolu ilə BDU-nun Azərbaycan dilçiliyi kafedrasına müəllim seçilmişdir.
  • 12 may 1989-cu ildən Azərbaycan dilçiliyi kafedrasının dosentidir.
  • 1974-1975-ci illərdə hərbi xidmətdə olmuşdur.
  • Ailəlidir, 2 övladı var
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
  • 1971-ci ildə BDU-nu bitirmişdir.
  • 1981-ci ildə «Azərbaycan dilində feli bağlamanın zərflə əlaqəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • Filologiya elmləri namizədi, dosentdir.
ƏMƏK FƏALİYYƏTİ
  • 1971-ci ildən Neftçala rayonunun Xıllı qəsəbə səkkizillik məktəbində (iki il), Aşağı Qaraimanlı kənd səkkizillik məktəbində (1975-1977), Qədimkənd kənd orta məktəbində (1978-1981) dil-ədəbiyyat müəlllimi, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı işləmişdir.
  • 1981-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında işləyir: müəllim (1.IX.1981-ci ildən), baş müəllim (12.X.1984-cü ildən), dosent (12.V.1989-cu ildən).
  • Filologiya fakültəsində «Müasir Azərbaycan dili» fənnindən mühazirə və təjrübi məşğələlər, ixtisas kursu və seminarlar aparır.
  • Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili və ədəbiyyatı üzrə elmi-metodik seminarın rəhbəri, həm də bu fənlər üzrə ekspert şurasının sədridir. Filologiya fakültəsi Ümumi Şurasının üzvü olmuşdur.
  • 75 elmi və elmi-metodik məqalənin müəllifidir. 10 elmi-metodik kitabçanın müəllifi və ya həmmüəllifidir.
  • Azərbaycan dilçiliyində ilk dəfə feli bağlama əsasında yaranmış zərflər (1976), dilin morfosintaktik yarusu (1987), sözün valentliyi (1990), mürəkkəbləşmiş jümlələr (2008) haqqında məlumat vermiş, bu məsələlərin tədqiqi ilə məşğul olmuşdur.
  • «Qabaqjıl maarif xadimi» döş nişanına (1977), BDU rektorunun təşəkkürlərinə layiq görülmüşdür.
TƏDQİQAT SAHƏSİ
  • Müasir Azərbaycan dili (morfologiya və sintaksis), Azərbaycan dilinin tarixi, Azərbaycan dilinin tədrisi, test metodikası.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 1990-cı ildə Türkiyənin Kayseri şəhərində keçirilən Birinji millətlərarası Azərbaycan konqresində «Nominallaşma və onun təzahürləri» mövzusunda məruzə ilə çıxış etmişdir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  • 2003, Azərbaycan dili və ədəbiyyat, «Abituriyent» (xüsusi buraxılış), 2003, № 2, səh.31-36
  • 2003, Azərbaycan dili və ədəbiyyatdan tövsiyələr. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.5-58
  • 2003, «Leksika» bölməsini necə öyrənməli. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.65-72 (şərikli)
  • 2003, «Köməkçi nitq hissələri» bölməsinə dair bəzi tövsiyələr. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.79-84 (şərikli)
  • 2003, İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» pyesi. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.103-111 (şərikli).
  • 2003, İşə nabələd olanda (məqaləyə cavab). «Ədalət» qəzeti, 26.08. (şərikli)
  • 2004, Müasir Azərbaycan dili. Sintaksis. Bakalavr hazırlığı üçün «Müasir Azərbaycan dili» fənnindən proqram. «Bakı Universiteti», B., (şərikli)
  • 2004, «Azərbaycan dili» dərsliklərindəki bəzi ziddiyyətli məqamlar haqqında. Tədqiqlər-4. AMEA-nın Nəsimi adına Dilçilik. İnstitutunun nəşri. B., səh.306-314 (şərikli)
  • 2004, Dil və cinslərin qarşılıqlı münasibətləri (linqvistik, fəlsəfi, dini, tibbi-psixoloji yanaşma). Müasir sosial-siyasi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı (elmi-praktik konfransın materialları). 27 mart 2004-cü il. Qərb Universitetinin nəşri. B., səh.58-66 (şərikli)
  • 2006, İşarə əvəzliklərinin sintaktik vəzifələri. Prof. T.İ.Hacıyevin 70 illiyinə həsr olunmuş elmi konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, B., (şərikli )
  • 2007, «Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalına müsahibə: Azərbaycan dilindən qəbul proqramı. «Azərbaycan dili və ədəbiyyatı tədrisi» curnalı, B., № 1
  • 2007, Tərkib və tərkibdaxili qruplar. Language and Literature. Язык и литература. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 5 (59), B., səh. 41-43
  • 2008, Tərkiblər mürəkkəbləşmiş cümlənin komponenti kimi. Azərbaycan filologiyasının aktual problemləri. X kitab. H.Ə.Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə respublika elmi-nəzəri konfransının materialları. «Bakı Universiteti» nəşr, səh.19-21
  • 2008, Mir Cəlalın hekayə dilində tabeli mürəkkəb cümlələr. («Günün hekayələri» silsiləsi). Yazıçı və zaman. Mir Cəlalın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. «Bakı Universiteti» nəşr. səh.270-273
KİTABLAR
  • 1993, Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün türk (Azərbaycan) dili proqramı. Müəlliflərdən biri və elmi redaktor. «Öyrətmən» nəşriyyatı, B.
  • 1993, Orta məktəb şagirdləri və abituriyentlər üçün türk (Azərbaycan) dilindən testlər. «Öyrətmən» nəşriyyatı, B.
  • 1997, Ana dili və ədəbiyyatdan testlər. 1100 sual. «Kür» nəşr., B.
  • 2000, Azərbaycan dilindən testlər. «Kür» nəşr., B.
  • 2008, Azərbaycan dilindən test tapşırıqları. V-XI siniflər. «Abituriyent» jurnalının xüsusi buraxılışı. V nəşri. B., (7 kitab – əsas müəllif)
  • 2008, Ədəbiyyatdan test tapşırıqları. X-XI siniflər. «Abituriyent» jurnalının xüsusi buraxılışı. V nəşri (2 kitab-əsas müəllif) B.
  • 2008, Ədəbiyyat nəzəriyyəsindən test tapşırıqları. X-XI siniflər. «Abituriyent» jurnalının xüsusi buraxılışı. V nəşri. B.
Bookmark and Share