Kafedranın tarixi
Kafedra 1989-cu il yanvarın 25-də Bakı Dövlət Universitetinin Elmi Şurası tərəfindən Folklor kafedrasının açılması haqqında qəbul edilmiş, fevralın 24-də təsdiq edilmiş qərar və rektorun əmri ilə fevralın 29-da fəaliyyətə başlamışdır. Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmış professorlardan Vaqif Vəliyev, Azad Nəbiyev, Əzizə Cəfərzadə, baş müəllimlər Çərkəz Quliyev, Nizami Xəlilov bu kafedraya keçirilmişlər.
1989-2012-ci illərdə professor A.Nəbiyev kafedra müdiri vəzifəsini icra etmişdir. 2015-ci ilin fevralın 16-dan professor S.H.Orucova kafedra müdiri kimi fəaliyyətə başlamışdır.
Kafedra folklorun tədrisi ilə yanaşı, folklorumuzun aktual problemləri, Azərbaycan mifologiyası, Azərbaycan folklorunun digər dillərə tərcüməsi, ozan-aşıq sənəti və s. mövzularda elmi-tədqiqat istiqamətlərində dəyərli nəticələr əldə edib.
Kafedra daim genişlənməkdə olan elmi əlaqələri ilə tanınır. İlk öncə Respublikanın ali məktəbləri, elmi-tədqiqat institutları, Yazıçılar Birliyi, mətbuat orqanları ilə əlaqə yaranıb. 2015-ci ildən əlaqələr daha da genişlənib. Gürcüstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstanın Elmlər Akademiyalarının və ali məktəblərinin folklor şöbələri və kafedraları ilə sıx elmi əlaqələr qurulub.
Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrasının Qırğızıstan Elmlər Akademiyası və Qırğızıstan Dövlət Universiteti ilə birgə elmi fəaliyyəti mövcuddur. Belə ki, Kafedranın doktorantı Jalə Xəlilovanın ikinci elmi rəhbəri Qırğızıstan Respublikası Elmlər Akademiyasının vitse prezidenti və Dil və Ədəbiyyat İnstitutunun direktoru A.Akmataliyev, dissertantı Gülarə Quluzadənin ikinci elmi rəhbəri Qırğızıstan Dövlət Universitetinin professoru Jıldız Kalmaşevna Orozobekovadır. 2016-cı ilin sentyabrın 15-də Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu ilə də görüş olub və əlaqələr yaradılıb. Hazırda professor İrfan Nəsrəddinoğlu kafedranın dissertantı Gülnar Axundovanın ikinci elmi rəhbəridir. Rusiyadan professor Uldanay Baxtikiriyeva, Özbəkistan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru professor Tura Mirzoyev, Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru professor İrma Ratiani, “Milli folklor” jurnalının baş redaktoru professor Ocal Oğuz, Türkoloji Araşdırmalar Mərkəzinin müdiri fil.f.d. Seyfəddin Altaylı ilə də elmi əlaqələr qurulub. Səhər Orucova “Manas” Universitetində çıxış edib.
Kafedra əməkdaşları Türkiyə, Türkmənistan, Qırğızıstan, Gürcüstan və Rusiyada keçirilən Beynəlxalq konfranslarda iştirak ediblər.
Son dövrlərdə kafedrada bir çox tədbirlər keçirilib. 2015-2016-cı tədris ilində kafedra tərəfindən 2 konfrans, 3 elmi seminar və geniş bayram tədbirləri qeyd edilib. 2015-ci ilin noyabrın 10-da “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı Respublika elmi-nəzəri konfransı və dekabrın 29-u "Kitabi-Dədə Qorqud" və Türk dünyası" adlı Beynəlxalq elmi konfransları təşkil edilib. Dekabrın 2-də kafedrada prof. Kamran Əliyevin "Açıq kitab - "Dədə Qorqud" kitabının müzakirəsi olub.
3 il müddətində kafedra tərəfindən magistrların
«Heydər Əliyev və folklor», «Azərbaycan ədəbiyyatında multikulturalizmin təzahürləri», «Azərbaycan ədəbiyyatında rənglər», «Azərbaycan xalq mahnıları», «Əzizə Cəfərzadə yaradıcılığında Novruz», “Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminarlar keçirilib. 2017-ci ildə elmi seminarların məruzələri çap edilib.
Kafedra Filologiya fakültəsində Novruz bayramlarını, eləcə də “Novruz bayramı haqqında nə bilirik?” və “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorinalar və sərgi təşkil edib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə 12 iyul 2016-ci ildə filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının Respublikanın digər tanınmış alim, folklorşünas və ədəbiyyatşünasları ilə birlikdə təqdimat mərasimi keçirilib. Kafedrada beynəlxalq əlaqələr də genişləndirilir. 2016-cı ilin sentyabrın 15-də Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu ilə görüş baş tutub.
Hər tədris ilində kafedranın ən az, iki müəllimi açıq dərs keçirir. Hər açıq dərs yeni tələblərə cavab verir. Dərsdə texnologiyanın istifadəsi, mövzuya uyğun slaydların göstərilməsi əsas şərtlərdən biridir. Dərsdən sonra Metod Şuranın da iştirak etdiyi iclasda açıq dərsin müzakirəsi təşkil olunur. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dərs yükünə daxil olan “Azərbaycan dastanları” fənninin “Qurbani” dastanı” mövzusunda mühazirəsinə yaradıcı və ifaçı aşıq, Prezident təqaüdçüsü Aşıq Mahmud Məmmədov dəvət olunub. Mühazirədə fənn müəllimi dosent Könül Həsənova mövzunun tədqiq, nəşr və toplanma tarixindən danışandan sonra tələbələr aşığın ifasında “Qurbani” dastanını dinləyiblər.
2016-cı ildən əsası qoyulan “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində kafedranın müəllimləri sillabuslardakı mövzuya uyğun olaraq, tədqiqatçıları öz mühazirələrinə dəvət edirlər. Filologiya fakültəsinin I kursunda «Azərbaycan şifahi xalq ədəbiyyatı» fənnindən prof. Səhər Orucovanın “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs və s.)” mövzusunda açıq dərsinə əməkdar mədəniyyət işçisi fil.f.d. Nemət Qasımlı, aşıq Əvəzxan Xankişiyev, aşıq Babək Şakirli qonaq qismində çağırılıb. Dosent Könül Həsənovanın Azərbaycan bölməsində “Qədim türk eposu. Oğuznamələrin türk dastançılığında yeri. (“Oğuz xaqan”)” mövzusunda olan mühazirəsinə professor Füzuli Bayat, professor Səhər Orucovanın Rus bölməsində “Место «Огузнаме» в тюркском дастанном творчестве («Огуз Каган»)” adlı mühazirəsinə professor Tofiq Məlikli, professor Səhər Orucovanın Azərbaycan bölməsində "Kitabi-Dədə Qorqud" dastanı" adlı mühazirəsinə professor Kamran Əliyev dəvət olunub. Magistrların pedaqoji təcrübələri də yüksək səviyyədə keçirilir. Magistrlar elmi-pedaqoji təcrübədə iki dərs olmaqla, müasir tələblərə uyğun, slaydlarla məşğələ dərslərini tədris edirlər. Kafedranın magistr və bakalavrlarının dissertasiya və buraxılış işlərinin həm ilkin, həm də son müzakirəsi slaydlarla təqdim olunur.
Müxtəlif elmi müəssisələrdən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün əlavə rəyə göndərilən dissertasiya işlərinin müzakirəsi təşkil olunur. Son iki ildə kafedrada 8 dissertasiya işi müzakirə edilib.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində 23 dekabr 2016-cı il R-115 saylı əmrlə “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalı nəşr olunur. Burada Azərbaycanlı alimlərdən əlavə, başqa ölkələrin (Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və s.) də professorları, akademikləri redaksiya heyətin üzvüdülər. Artıq iki nömrəsi çapdan çıxıb. “Folklorşünaslıq” jurnalında folklorşünaslıq, ədəbiyyatşünaslıq, dil və nəzəri məsələlər, etnoqrafiya sahəsi üzrə məqalələr dərc olunur. Burada məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, onların xülasələri isə yazıldığı dildən başqa, iki dildə verilir. Jurnalda həm Azərbaycan, həm də müxtəlif xalqların folklor nümunələri yer alır.
Kafedranın 14 fevral 2017-ci il tarixli 8 saylı iclasın qərarı ilə “Folklor” dərnəyi yaradılıb. Dərnək elmi və bədii yaradıcılıq istiqamətində fəaliyyət göstərir. Dərnək üzvləri tədqiqat mövzuları götürərək konfranslarda, elmi seminarlarda çıxışlar edir, yazıya alınmayan folklor nümunələrini toplayırlar. Bu elmi işlər kafedra tərəfindən dərc olunur. Tələbələrin dünyagörüşü və intellektual biliklərini artırmaq məqsədilə kafedra viktorinalar təşkil edir. “Novruz bayramı haqqında nə bilirik?” və “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorina keçirilib. “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunda istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının əsərləri müzakirə edilir. Dərnək üzvləri müxtəlif konfranslarda diplom və sertifikatlarla mükafatlanıdırılıblar. Kafedradan mövzu götürən bakalavrlar bu dərnəyə üzv olub fəaliyyətlərini genişləndirirlər. Onlar mövzuları ilə bağlı rəhbərləri ilə birgə müxtəlif muzeylərə, yaşadığı evlərə gedirlər.
Dərnəyin bədii istiqaməti musiqi, rəqs, dram və digər bölmələrdə fəaliyyət göstərir. Kafedra 2 il müddətində Novruz çərşənbələrini və bayramlarını təşkil edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncama əsasən, dərnək “Vaqif” dramını səhnələşdirib. 90 dəqiqəlik tamaşa 28 May – Respublika Günü münasibətilə Əsas binanın Böyük Akt zalında göstərilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, professor Ağakişi Kazımov olub.
Kafedra tərəfindən magistrların «Heydər Əliyev və folklor», «Azərbaycan ədəbiyyatında multikulturalizmin təzahürləri», «Azərbaycan ədəbiyyatında rənglər», «Azərbaycan xalq mahnıları», «Əzizə Cəfərzadə yaradıcılığında Novruz», “Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminarlar keçirilib. Kafedra Filologiya fakültəsində Novruz bayramlarını, eləcə də “Novruz bayramı haqqında nə bilirik?” və “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorinalar və sərgi təşkil edib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə 12 iyul 2016-ci ildə filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının Respublikanın digər tanınmış alim, folklorşünas və ədəbiyyatşünasları ilə birlikdə təqdimat mərasimi keçirilib. Kafedrada beynəlxalq əlaqələr də genişləndirilir. 2016-cı ilin sentyabrın 15-də Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu ilə görüş baş tutub.
Hər tədris ilində kafedranın ən az, iki müəllimi açıq dərs keçirir. Noyabrın 7-si Filologiya fakültəsinin 092,093-cü qruplarında prof. Səhər Orucovanın tədris etdiyi “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənnindən “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs və s.)” mövzusunda yeni formatda açıq dərs keçirilib. Həmin dərsə əməkdar mədəniyyət işçisi fil.f.d. Nemət Qasımlı, aşıq Əvəzxan Xankişiyev, aşıq Babək Şakirli, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində dərslərə prof. Tofiq Məlikli, prof. Kamran Əliyev, prof. Füzuli Bayat və başqa alimlər qonaq qismində dəvət edilib. Kafedra “Folklorşünaslıq” elmi-nəzəri jurnalını təsis edir. Kafedranın nəzdində “Folklor” dərnəyi fəaliyyət göstərir. 2017-ci ilin may ayında “Folklor” dərnəyinin təqdimatında “Vaqif” dramı səhnəyə qoyulub.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının xəbərləri ilə https://bdufolklor.wordpress.com –dan ətraflı tanış ola bilərsiniz.
Əlaqə: e-mail: bdu-folklor@mail.ru
Tel: (012) 538-73-90
