Kafedranın tarixi
Alman və fransız dilləri kafedrası 2001- ci ildə yaradılmışdır. Fransanın Akademik Palma (Kavaler dərəcəsi)mükafatı lauriatı, f.e.n. dosent Elmira Nadir qızı Fərəcullayeva 2007-ci ildən kafedra müdiri seçilmişdir.
Dos.E.N.Fərəcullayeva “Comprehension” fransız dilində testlər dərsliyinin müəllifidir. 2007-ci ildə “Koroğlu” dastanını Jorj Sand tərəfindən fransız dilinə tərcüməsini rus və Azərbaycan dillərinə çevirmiş, fransız versiyası ilə birgə çap etdirmişdir. 2014- “Fransız ədəbiyyatı” dərs vəsaiti, 2015- Azərbaycan-rus-fransız danışıq kitabı, 2016-cı ildə Bakı Dövlət Universitetinin qrifi və SOCAR-ın təşəbbüsü ilə “Azərbaycan dili” əcnəbi vətəndaşlar üçün dərslik çap etdirmişdir.
Kafedra Alman və fransız dilləri üzrə praktik və nəzəri fənləri tədris edir. Hazırda kafedrada 17 əməkdaş çalışır.
Alman- fransız dilləri kafedrasının alman və fransız dili üzrə tədris olunan fənlər bunlardır: nitq praktikası, danışıq dili, nitq praktikası məsələləri, praktik qrammatika, yazılı və şifahi nitq praktikası, praktik fonetika, nəzəri fonetika, nəzəri qrammatika, bədii tərcümə, leksikologiya, üslubiyyat və s.
Kafedra əməkdaşlarının əksəriyyəti Fransa və Almaniyada təhsil almış və ya təkmilləşdirmə kursu keçmişdir.
Kafedrada bu illər ərzində dos.E.N.Fərəcullayeva, baş müəl. M.L.Məmmədov, müəl.E.F.Yunusova, dos.F.B.Bağırova və dos. İ.A.Əmirasıanovanın dərslik və dərs vəsaitləri, dos. əv X.R.Abdullayeva və baş müəl.M.İ.Orucovanın lüğətləri çap olunmuşdur.Kafedranın alman dili müəllimlərin mütamadi olaraq Almaniya səfirliyininn təşkil etdiyi müəllimlərin yay təkmilləşdirmə kurslarında, eləcə də müxtəlif seminar və tədbirlərdə iştirak edirlər.
Azərbaycan Respublikası Prezentinin “Xarici dillərin qloballaşma şəraətində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Sərəncamına uyğun olaraq kafedrada yeni dərslik və dərs vəsaitləri hazırlanır.
Kafedranın beynəlxalq əlaqələri. 2007-ci ildən kafedranın müdiri-Azərbaycan Fransa dostluq cəmiyyətin presidenti, İNALCO-nun fəxri üzvü f.e.n.dos.Fərəcullayeva Elmira Nadir qızıdır. O, 2016-cı ildə Fransanın Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif olunub. Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.
Müəllimlərin əksəriyyəti Fransa ya Almaniyada təhsil almış və ya təkmilləşdirmə kursu keçmiş müəllimlərdən ibarətdir.
Müəllimlərin metodik fəaliyyətini genişləndirmək üçün Fransa ilə müqavilə bağlanan universitetlərdən müəllim heyyəti dəvət olunur. Eləcə də tələbələr üçün dərslər təşkil olunur. İNALCO-nun doktorantı Aytən Babaliyeva tələbələrlə praktik dil üzrə məşğələlər keçirib. 2008-2011-ci tədris ilində Fransa Universitetlərinin stajorları (Strasburg,Besançon,Nisa, Lozanna ) praktik seminarlarlarda içtirak etmişdilər. İsveçrənin Lozanna Universitetinin magistrantı J.Blank 1 semestr ərzində 150 saat tələbələrlə könüllü məşğul olmuşdur.
Universitet üzrə keçirilən olimpyadalara testlər tərtib olunur. Tələbələrimiz Respublika olimpiyadasında 2 və 3-ci yerləri tutmuş və Fransanın Azərbaycandakı səfirliyinin və Fransa İnstitutunun təşkil etdiyi tədbirlərdə iştirak ediblər. Bunlardan Frankofoniya günlərində baş tutan imla müsabiqəsin qeyd etmək olar. İldə 2 dəfə "Club de conversation"adlı dərnək təşkil olunur.
Kafedraya Berlin Universitet alman dili üzrə professoru dərs deməyə dəvət olunolunmuşdur.Doris Bölke – Berlinin Humboldt universitetinin dosenti ,Michael Gaebel-DAAD lektor.,Sven Meyer-Keln Universitetinin prosessoru, Julia Schmidt-jurnalist-tələbələr üçün danışıq kursları təşkil etmişlər.Hər il BDU-da alman və fransız dilillərini öyrənən tələbələr Beynəlxalq səviyyədə B1,B2, C1, sertifikatları ala bilirlər.
Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrinə əsasən aşağıdakı istiqamətlər inkişaf etdirir və Alman fransız dilləri kafedrası da bu işlərdə fəal rol oynayır: xarici ölkə universitetləri ilə iki tərəfli əməkdaşlıq; beynəlxalq təhsil proqramlarında iştirak;
beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlıq, Universitetlərin Beynəlxalq Assosiasiyalarında iştirak;xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq; nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq;Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması; professor-müəllim heyətinin xarici elmi tədris ocaqlarında fəaliyyəti,tələbə magistrantların xarici ölkə universitetlərində təhsil alması;
Hazırda Bakı Dövlət Universiteti dünyanın 50-dən artıq aparıcı universiteti ilə qarşılıqlı əməkdaşlıq edir. Onlardan bir necəsi Fransa və Almaniyanın universitetləridir:
Almaniyanın Azad Berlin Universiteti, Bon Universiteti, Fransanın Sorbona Universiteti III, İNALCO Universiteti, Qrenobol Universiteti; Vürsberg Universiteti və digər universitetlərlə, elmi konfrans və simpoziumların iştirakı, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq həyata keçirilir.
