Home AZ | EN | RU

Kafedranın tarixi

İngilis dili kafedrası 1922- ci ildə yaradılmışdır. Professor A.Q.Abbasov 1992-ci ildən kafedra müdiri seçilmişdir. 2012-ci ildə kafedra iki yerə ayrılmış və İngilis dili (təbiət fakültələri üzrə) kafedrası ayrıca fəaliyyət göstərməyə başlamışdır. Kafedra müdiri Abbas Qurban oğlu Abbasovdur.
Professor A.Q.Abbasov Azərbaycanca -Rusca - ingilscə hüquq terminləri lüğətinin müəllifidir. 2016-ci ildə Abbas Abbaovun Amerika Birləşmiş Ştatlarının Trafford nəşriyyatında İngiliscə - Azərbaycanca lüğəti nəşr olunub. 2018- ci ildə English-Russian-Azerih Paroemic Units dərs vəsaitini çap etdirmişdir.
İngilis dili kafedrası BDU-nun  Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və İnformatika, Fizika, Eologiya, Coğrafiya və turizm, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq  fakültələrində və eləcə də hazırlıq şöbəsində (xarici vətəndaşlar üçün) praktik ingilis dili fənninin tədrisi ilə məşğul olur. Kafedra üzrə əyani və qiyabi şöbələrinin azərbaycan, rus bölmələrində və ingilis bölmələrində ingilis dili fənni tədris olunur.
Kafedranın müəllim heyəti qeyd olunan fakültələrin bakalavr və magistr mərhələlərində ingilis dilini tədris edirlər. Birinci semestrdə kafedranın müəllimləri ingilis dilinin ümumi kursunu, ikinci semestrdə ixtisas yönümlü ingilis dili kursu keçirlər.
Kafedra əməkdaşlarının əksəriyyəti  müxtəlif ölkələrdə təkmilləşdirmə kursu keçmişdir.
Kafedranın ingilis dili müəllimləri mütamadi olaraq müxtəlif seminar, konfrans və tədbirlərdə iştirak edirlər.

Bookmark and Share