Home AZ | EN | RU

RUS ƏDƏBİYYATI TARİXİ KAFEDRASI

Rus ədəbiyyatı tarixi kafedrası 1920-ci ildə yaranmışdır. 1984-ci ildə kafedra iki hissəyə (Klassik rus ədəbiyyatı və Müasir rus ədəbiyyatı) bölünmüş, lakin 2011-ci ildən yenidən birləşərək fəaliyyətini davam etdirməkdədir.
Kafedranın əməkdaşları elmi araşdırmalarını rus ədəbiyyatının inkişaf mərhələləri və Azərbaycan-rus ədəbi əlaqələri istiqamətlərində aparırlar.
Müxtəlif illərdə kafedrada görkəmli ədəbiyyatşünaslar – akademiklər Məmməd Arif, Məmməd Cəfər, professorlar Seyfulla Əsədullayev, Arif Hacıyev işləmişlər.
Prof. S.Q.Əsədullayev (1924-2011)  «Roman haqqında qeydlər», «Estetik ideal və yazıçının sosial aktivliyi», «Rus klassikası Azərbaycan ədəbiyyatında», «Rus ədəbiyyatı tarixi», «Azərbaycan poeziyasında sonet janrı. Tarixi və nəzəriyyəsi», «Heydər Əliyev və ədəbi proses» və s. monoqrafiyalarının,  500-dən çox məqalənin müəllifi olmuşdur.
1984-cü ildən kafedraya filologiya elmləri doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev rəhbərlik edir. Onun elmi fəaliyyəti rus ədəbiyyatı tarixi, türk folkloru, ədəbi əlaqələr problemləri ilə bağlıdır. Professor A.C.Hacıyev Azərbaycan ədəbiyyatının rus dilində yayılması sahəsində mühüm işlər görmüş, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Mir Cəlal və Səməd Vurğunun əsərlərini rus dilində çapa hazırlamış, onlara müqəddimə və şərhlər yazmışdır. 12 monoqrafiya, 25 dərslik və dərs vəsaiti daxil olmaqla,  290 elmi əsərin müəllifidir («Qafqaz rus ədəbiyyatında», «Oçerk janrının Rusiyada inkişaf tarixi» (dərs vəsaiti), «A.A.Bestujev-Marlinski» (dərs vəsaiti), «P.A.Katenin» (dərs vəsaiti), «Bakı rus poeziyasında», «Poeziyadan nəsrə (Mir Cəlal nəsrinin poetik əsasları)», «Rus ədəbiyyatında Şərq» (həmmüəllif) və s.). Ankara Türk folklor cəmiyyətinin fəxri, Sankt-Peterburq Pyotr Akademiyasının müxbir, Tbilisi Beynəlxalq Sosialiqtisadi Akademiyasının həqiqi üzvü seçilmişdir. «Научная мысль Кавказа» (Rostov şəhəri) elmi jurnalının redaksiya heyətinin üzvüdür. 18 elmlər namizədi hazırlamışdır.

Bookmark and Share