Home AZ | EN | RU

TƏBİƏT FAKÜLTƏLƏRİ ÜZRƏ RUS DİLİ KAFEDRASI

Təbiət fakültələri üzrə rus dili kafedrası BDU-nun vahid Rus dili kafedrası 1972-ci ildə iki kafedraya bölünəndən sonra yaranmışdır.
Kafedranın müstəqil fəaliyyəti dövründə ona dos. Rauza Məmmədbəyli (1972-1976), prof. Türkan Əfəndiyeva (1977-1979), baş müəllim Qəzilə Qaziyeva (1980-1981), prof. Aqil Hacıyev (1982-1984) rəhbərlik etmişlər. 1984-cü ildən kafedraya Əməkdar müəllim, f.e.d., prof. Mikayıl Məhəmməd oğlu Cəfərov rəhbərlik edir.
Prof. M.M.Cəfərov rus dilçiliyinin nəzəri məsələlərinə, rus dilinin tarixinə və tədrisinə dair 70-dən çox elmi-metodik əsərin müəllifidir. O, «Rus dilində sifətlərin sinonimliyi (mürəkkəb sözlərin materialı əsasında)», «XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktursemantik inkişafı», «XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı haqqında», «Rus dilində mürəkkəb sözlərin tarixinə dair oçerklər» monoqrafiyalarını, dosent F.Y.Hüseynova ilə birlikdə ali məktəblərin təbiət fakültələri üçün «Rus dili», təlimi Azərbaycan dilində olan məktəblərin VI sinfi üçün «Rus dili» dərsliklərini çap etdirmişdir.

Bookmark and Share