Home AZ | EN | RU

Tədris-Metodik Şura

Tədris-Metodik Şura Bakı Dövlət Universitetində təhsil sahəsində dövlət siyasətinin reallaşdırılması və təhsil prosesi üzrə ümumi metodiki fəaliyyəti həyata keçirən orqandır. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Bakı Dövlət Universitetinin Əsasnaməsini və BDU rektorunun əmr və sərəncamlarını rəhbər tutur. Şuranın vəzifələrinə təhsilin keyfiyyətinin yüksəldilməsində və yeni tədris metodlarının həyata keçirilməsində rektorluğa köməklik göstərmək, BDU üzrə tədris-metodiki işə rəhbərliyi həyata keçirmək və s. daxildir.
Şura müəyyən edilmiş vəzifələrə uyğun olaraq BDU-nun təhsil sahəsindəki fəaliyyətinin yüksəldilməsi üçün Dövlət Təhsil Standartlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək, fakültə TMŞ-nın fəaliyyətinə nəzarəti həyata keçirmək, illik hesabatları dinləmək, fənn proqramlarının hazırlanması, təminatı və fakültələrarası fəaliyyəti əlaqələndirmək, təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə açıq dərslər təşkil etmək, onun səmərəliliyinə nəzarət, analitik təhlillər və monitorinqlər aparmaq, mütərəqqi forma və metodların, yeni təlim texnologiyalarının tətbiqinə köməklik göstərmək, fakültələrdə Dövlət Təhsil Standartlarının tələbinə uyğun olaraq dərslik, dərs vəsaiti, digər metodiki ədəbiyyatın yazılması və nəşrinə köməklik etmək, tədris vəsaitlərinə qrif vermək və s. kimi çoxsaylı funksiyaları həyata keçirir.
1980-ci illərdə yaradılmış Tədris-Metodik Şuraya 2003-cü ildən akademik Vasif Babazadə rəhbərlik edir. 2008-ci ildən Filologiya fakültəsi TMŞ-nin sədri Türkologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Məhərrəm Məmmədovdur. Tədris-Metodik Şuranın üzvləri:

Sədr:

Üzvlər:

  • Prof. S.Məhərrəmova
  • Dos. R.Həbibli
  • Dos. R.Bağırov
  • Dos. S.Qocayeva
  • Dos. A.İsmayılova
  • Fil.f.d. K.Nəcəfova
  • B/müəl. X.Abdullayeva

Hesabatlar

Tədris-Metodik Şuranın fəaliyyəti ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:
http://muallim.edu.az/content/?category=arxiv&issue=05-2017&content_id=26

Bookmark and Share