Home AZ | EN | RU

Xəbərlər

BDU-nun Filologiya fakültəsində “Kitabi-Dədə Qorqud dastanında Selcan xatun obrazı” adlı elmi seminar keçirilib - 25/04/2019
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud dastanında Selcan xatun obrazı” adlı elmi seminar keçirilib. Seminarda BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədli, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Pərvin Eyvazov, magistrantlar və bakalavriatlar iştirak edib.  
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açaraq, iştirakçıları seminarın mövzusu və məruzəçi haqqında məlumatlandırıb.
Mövzu üzrə məruzə edən TEB-in bakalavriat üzrə koordinatoru, SABAH qrupları üzrə II kurs tələbəsi Aidə Musazadə “Kitabi-Dədə Qorqud” dastanında yer almış qadın obrazları, xüsusilə, Selcan xatun obrazının səciyyəvi xüsusiyyətləri, dünya folklorundakı qadın obrazları ilə oxşar və fərqli cəhətləri haqqında ətraflı məlumat verib. Çıxışın ardınca mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Məruzəçinin çıxışından sonra söz rəsmi opponentlərə - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının I kurs magistrantı, TEB-in magistratura üzrə baş koordinatoru Raziyə Həsənovaya və SABAH qrupları üzrə II kurs tələbəsi Şəhriyar Ağazadəyə verilib. Opponentlər mövzu haqqında öz fikirlərini səsləndirib, A.Musazadənin çıxışına münasibətlərini bildiriblər.
Daha sonra dosentlər – Q.Abdullayeva və M.Məmmədli “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı iştirakçılara maraqlı məlumatlar verib, məruzəçi haqqında fikirlərini bölüşüblər.
Seminar tələbələrin mövzu ətrafında apardıqları müzakirələrlə yekunlaşıb.
BDU-nun Filologiya fakültəsində dosent Məti Osmanoğlu ustad dərsi aparıb - 20/04/2019

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Birliyi və “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Təhkiyə, müəllif, oxucu” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə BDU-nun və Xəzər Universitetinin bakalavriat və magistrantları iştirak edib.
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra söz M.Osmanoğluna verilib. Mövzu haqqında ətraflı məlumat verən ədəbiyyatşünas alim müasir ədəbi prosesin aktual problemləri olan müəllif, təhkiyə və oxucu məsələlərinə aydınlıq gətirib.
Daha sonra M.Osmanoğlu auditoriyanın suallarını cavablandırıb. İştirakçılardan BDU-nun Filologiya fakültəsinin tələbələri Orxan Həsənzadə, Nərmin Məmmədova və Şəhanə Abdullazadə, Xəzər Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Fəridə Fərzəliyeva və başqaları məruzəçi ilə birgə mövzu ətrafında fikir mübadiləsi aparıb, bir sıra məsələlərə öz münasibətlərini bildiriblər.
Sonda Məti Osmanoğlu müəllifi olduğu “Ocaq yeri” kitabını  tələbələrə hədiyyə edib.

Tələbələrimiz ADU-da keçirilən “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransında iştirak edib - 13/04/2019

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan ADU-nun rektoru akademik Kamal Abdulla millətin, xalqın ən dəyərli simalarından biri olan böyük şəxsiyyətin işığına toplaşıldığını, Hüseyn Cavid adının yalnız ədəbiyyatsevərlər üçün deyil, xalqın bütün zümrələrinə məxsus insanlar üçün əziz olduğunu bildirib. Açılışda BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)” adlı məruzə ilə çıxış edib.
Xaricdən və respublikamızdan çoxsaylı elm adamının qatıldığı konfransda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri - SABAH qrupunun IV kurs tələbəsi Mətanət Rəcəbli və III kurs tələbəsi Əfsanə İbrahimova iştirak edib. Bölmə iclaslarında Mətanət Rəcəbli “Hüseyn Cavid və türk dünyası”, Əfsanə İbrahimova isə “Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilə F.Əttarın “Şeyx Sənan” əsərinin müqayisəli təhlili” mövzusunda məruzələrlə çıxış ediblər. Sonda tələbələrə “Təşəkkürnamə” təqdim olunub.
TEB üzvləri “Quş dili və fit dili fenomeni” mövzusunda elmi seminarda iştirak edib - 11/04/2019

Nəsiminin 650 illiyi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib. “Nəsiminin dili quş dilidir, onu Süleyman bilir ancaq” başlıqlı mühazirələr silsiləsindən  G.Məmmədovanın çıxışı “Quş dili və fit dili fenomeni” mövzusunda olub.
Mühazirəçi quş dili və fit dilinin iki ayrı-ayrı yerdə yaşayan insanların bir-birilə ünsiyyət qurması məqsədilə düşündükləri vasitə olduğunu söyləyib, bu qədim ünsiyyət vasitəsinin tarixindən bəhs edib və qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə də fit dili və quş dilindən istifadə olunub.
Sonra söz iştirakçılara verilib. Tədbirdə iştirak edən BDU-nun Filologiya fakültəsinin tələbələri mövzu ilə bağlı məruzəçiyə suallar ünvanlayıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tələbə Elmi Birliyinin elmi rəhbəri Pərvin Eyvazov və TEB-in sədri Elnarə Talıbova mövzu haqqında fikirlərini bölüşərək məruzəçiyə təşəkkür edib, belə seminarların mütəmadi təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Filologiya fakültəsində professor Məmmədəli Qıpçaq ustad dərsi aparıb - 02/04/2019

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə Universitetin 100 illik yubileyinə həsr olunmuş “BDU-da türkoloji araşdırmalar (dilçilik məsələləri)” adlı ilk ustad dərsi baş tutub. Türkologiya kafedrasının professoru Məmmədli Qıpçağın apardığı ustad dərsində müəllimlər, gənc tədqiqatçılar və tələbələr iştirak edib.  
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra söz professor M.Qıpçağa verilib. Dilçi alim ustad dərsi boyunca BDU-da türkologiyanın aktual məsələlərinin öyrənilməsindən, türkoloji dilçiliyin əsas problemlərindən söz açıb, türk dillərinin qrammatik quruluşu və bununla bağlı elmdə hələ də mübahisə doğuran məqamlar haqqında məlumat verib.
Sonda M.Qıpçaq auditoriyanın suallarını cavablandırıb. İştirakçılar məruzəçi ilə birgə mövzu ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

“Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir” mövzusunda elmi seminar keçirilib - 14/03/2019

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin (TEB) təşkilatçılığı ilə tələbələrin elmi fəaliyyətə cəlb olunmasına və elmi mətnlərin hazırlanması qaydalarına həsr olunmuş “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir” mövzusunda elmi seminar keçirilib. Seminarda “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov, magistrantlar və bakalavriatlar iştirak edib.
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçiləri haqqında məlumatlandırıb.
Mövzu üzrə məruzə edən TEB-in sədri, Filologiya fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Elnarə Talıbova birliyin həyata keçirdiyi işlərdən, elmi təşkilatlanmanın prinsiplərindən, gənclərin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, tələbələrin elmi işlə məşğul olması gələcəkdə onların uğurlu karyera qazanması üçün əsas amillərdən biridir.
Sonra söz ikinci məruzəçiyə - “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramova verilib. O bildirib ki, tələbələrdə elmi mətnlərin hazırlanması vərdişlərinin indidən formalaşması onların karyera həyatı üçün uğurlu addımlardan biridir. Məruzəçi tələbələrə elmi mətnlərin (tezis, xülasə, məqalə, kurs işi və s.) tərtib olunması qaydaları, mətnlərin hazırlanmasının akademik tərəfləri və texniki tələbləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.  
Tədbirin sonunda çıxış edən TEB-in elmi rəhbəri Pərvin Eyvazov elmi tədqiqatla məşğul olmağın faydalarından bəhs edib, iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Seminardan sonra TEB-in idarə heyəti Novruz bayramı ilə əlaqədar çay süfrəsi təşkil edib.

Tələbə Elmi Birliyinin 2019-cu ildə ilk iclası keçirilib - 02/03/2019
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin ənənəvi III mart toplantısı - 2019-cu ildə ilk iclası keçirilib. İclasda Filologiya fakültəsinin dekan müavinləri professor Nizami Xəlilov, dosent Cavanşir Muradov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, fakültə Elmi Şurasının katibi Məhəmməd Məmmədov, tələbələr və magistrantlar iştirak edib.   
TEB-in illik hesabatına və idarə heyətinin yenidən formalaşdırılmasına həsr olunmuş tədbiri giriş sözü ilə açan dekan müavini dosent Cavanşir Muradov birliyin ötənilki fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, TEB son bir il ərzində elmi seminarlar təşkil edib, tələbələrin respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakını təmin edib. Həmçinin qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə cəlb olunması və konfranslarda aktiv iştirakı üçün şərait yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalıdır və gənclər də yeni təkliflərlə çıxış edərək bu istiqamətdə özlərini formalaşdırmalıdırlar.
Filologiya fakültəsinin elmi işlər, qiyabi və magistratura üzrə dekan müavini, professor Nizami Xəlilov və dosent Məhəmməd Məmmədov çıxışlarında tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən, birliyin fəaliyyətinin məqsədindən, elmi təşkilatlanmanın faydalarından danışıb, tələbələrə öz tövsiyələrini veriblər.  
Sonra TEB-in illk hesabatı dinlənilib. II kurs magistrantı Aygün Əliyeva birliyin 2018-ci il ərzində gördüyü işlər barəsində auditoriyanı məlumatlandırıb. Daha sonra TEB-in elmi rəhbəri Pərvin Eyvazov idarə heyətinin yenidən formalaşdırılması ilə bağlı bir sıra meyarlar haqqında məlumat verib, tələbələrlə fikir mübadiləsi aparıb. İdarə heyəti formalaşdırıldıqdan sonra üzvlər səsvermə yolu ilə Filologiya fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Elnarə Talıbovanı TEB-in sədri seçib. Həmçinin idarə heyətində Raziyyə Həsənova magistratura üzrə baş koordinator, Aidə Musazadə bakalavriat üzrə koordinator, Qismət Cəfərov tələbə elmi seminarının rəhbəri, Səidə İsmayılova SABAH qrupları üzrə koordinator, İlkanə Məmmədova ictimaiyyətlə əlaqələr üzrə koordinator vəzifələrini icra edəcək.

“Müasir Türkiyə ədəbiyyatında postmodernizm (Orxan Pamukun “Qara kitab” romanı əsasında)” mövzusunda tələbə elmi seminarı keçirilib - 15/03/2018
Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Müasir Türkiyə ədəbiyyatında postmodernizm (O.Pamukun “Qara kitab” romanı əsasında)” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, bakalavriat və magistrantlar iştirak edib. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.  
Mövzu üzrə məruzə edən Filologiya fakültəsinin III kurs tələbəsi Orxan Həsənzadə öncə modernizm və postmodernizm cərəyanları haqqında məlumat verib. O, hər iki cərəyanın bədii ədəbiyyatda təzahür formalarından danışıb, Türkiyə ədəbiyyatında, o cümlədən Orxan Pamuk yaradıcılığındakı postmodern əsərlərdən söz açıb. Xüsusilə yazıçının “Qara kitab” romanı haqqında məlumat verən məruzəçi əsərdəki maraqlı faktlarla fikrini izah edib, romanı dünya və Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə edib. Problemin diskussiya şəklində izahı və müzakirəsi tələbələrin marağına səbəb olub.  
Sonra mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb, opponentlərin çıxışları dinlənilib. Dosent Fikrət Əlizadə və TEB-in rəhbəri Pərvin Eyvazov tələbənin çıxışını dəyərləndirdikdən sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov, magistrantlardan Aygün Əliyeva, Pərvin Rəhimov, İntizar Əlizadə, bakalavraitlardan Arzu Sadıqova, Səidə İsmayılova, Məcid Hicrani və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Məna-sözün sehri” mövzusunda elmi seminar keçirilib - 10/03/2018
Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Məna-sözün sehri” mövzusunda elmi seminar keçirilib. Seminarda Ümumi dilçilik kafedrasının dosenti Şəkər Qasımova, fakültənin bakalavriat və magistrantları iştirak edib. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.  
Mövzu üzrə məruzə edən TEB-in bakalavriat üzrə baş koordinatoru, II kurs tələbəsi Aynur Mustafayeva dildə məna anlayışından, sozün mənasının əsas funksiyalarından və kontekstdən asılı olan başlıca xüsusiyyətlərindən danışıb. O, Azərbaycan dilçiliyində bu istiqamətdəki nəzəri problemlərə aydınlıq gətirməklə yanaşı, həm də bır sıra məsələlərə öz münasibətini bildirib. Bədii dil materialları və real faktlar əsasında izah olunan mözvu tələbələrin marağına səbəb olub
Sonra mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb, opponentlərin çıxışları dinlənilib. Dosent Şəkər Qasımova və TEB-in rəhbəri Pərvin Eyvazov tələbənin çıxışını dəyərləndirdikdən sonra magistrantlardan Murad Əmənov, Həvva Əhmədova, Pərvin Rəhimov, İntizar Əlizadə, bakalavraitlardan İlkanə Məmmədova, Səidə İsmayılova və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.
Sonda növbəti elmi seminarın mövzusu və məruzəçisi elan olunub.

Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası keçirilib - 01/03/2018
Filologiya fakültəsində Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası keçirilib. İclasda universitet üzrə TMŞ-nin sədr müavini, Cəbr və həndəsə kafedrasının müdiri, dosent Vaqif Qasımov, fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, professor Nizami Xəlilov, dosent Məhəmməd Məmmədov, gənc tədqiqatçılar və tələbələr iştirak edib.  
TEB-in illik fəaliyyətinə və idarə heyətinin yenidən formalaşdırılmasına həsr olunmuş tədbiri giriş sözü ilə açan dekan Elçin Məmmədov birliyin ötənilki fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, TEB son bir il ərzində elmi seminarlar təşkil edib, ayrıca elmi konfrans keçirib və tələbələrin respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakını təmin edib. Həmçinin qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə cəlb olunmasına və onların konfranslarda aktiv iştirakına şərait yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalı və bu sahədə TEB-lə yanaşı, müəllimlər də gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirməlidir.
Dosent Vaqif Qasımov çıxışında tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən söz açıb. O, rektor, akademik Abel Məhərrəmovun universitetin elmi həyatında tələbələrin fəallığının təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər barəsində məlumat verib, gələcəkdə bu sahəyə olan diqqətin daha da artırılmasının zəruriliyini vurğulayıb.    
Elmi işlər üzrə dekan müavini, professor N.Xəlilov, fakültə Elmi şurasının Elmi katibi dosent  M.Məmmədov, TEB-in sədri, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov çıxış edərək birliyin fəaliyyətinin məqsədindən, elmi təşkilatlanmanın faydalarından danışıb, tələbələrə öz tövsiyələrini veriblər. Sonra TEB-in idarə heyətinin formalaşdırılması üçün müzakirələr aparılıb, car il üçün yeni heyət müəyyələnşdirilib.

Aynur Mustafayeva “Bir əsrin iki faciəsi” adlı elmi konfransda iştirak edib - 26/02/2018
Filologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Birliyinin bakalavriat üzrə sədri Aynur Mustafayeva Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş “Bir əsrin iki faciəsi” adlı elmi konfransda iştirak edib. O, “Şeirlərdə Xocalı kədəri” mövzusunda çıxış edərək Xocalıya həsr olunmuş poeziya nümunələrindən söz açıb. Məruzədə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və faciənin soyqırım kimi tanıdılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, ölkə rəhbərinin siyasi faəliyyətindən, həmçinin Şamil Sabiroğlunun rəhbərlik etdiyi “Xocalı Soyqırımını Tanıtma” İcimai Birliyinin gördüyü işlərdən də bəhs olunub. Uğurlu məruzəsinə görə Aynur Mustafayeva təşkilat komitəsi tərəfindən diploma layiq görülüb.

TEB üzvləri “Nitq bacarıqları” təlimində sertifikata layiq görülüb - 03/07/2017
“ARES Azerbaijan”ın təşkilatçılığı ilə tanınmış psixoloq Rəvan Soltanov tərəfindən “Nitq bacarıqları” təlimi keçirilib. Təlimdə nitq haqqında ümumi məlumat, nitqin növləri, praktiki yanaşma tərzi, nitqin inkişaf strategiyası, bədən və nitq, FACS və nitq, natiqlik, psixoloji yanaşma tərzi kimi məsələlərə toxunulub, nitq bacarıqlarının sirli məqamları açılıb. Təlimdə Filologiya fakültəsinin Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, Birliyin fəal üzvlərindən İbrahimova Əfsanə, Məmmədova Aynurə iştirak edib. Təlimdə aktivlik göstərən tələbələrimiz sonda sertifikatla təltif olunub.

TEB üzvləri “Aprel Döyüşləri”nə həsr olunmuş intellektual oyunun qalibi olub - 13/06/2017
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə SABAH Qrupları tələbələri arasında “Aprel Döyüşləri” qəhramanlarına həsr olunmuş intellektual oyunun mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə Filologiya fakültəsinin tələbə və magistrantları da iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov aprel döyüşləri, bu döyüşlərin siyasi və ideoloji nəticələri haqqında ətraflı məlumat verib.
Çıxışının sonunda yarışlara qatılmış tələbələrə təşəkkürünü bildirən sədr qalib tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində də qələbələr arzu edib.
Daha sonra çıxış edən BDU SABAH Qrupları üzrə THT sədri Mirhadı Səmidzadə ideya müəllifi olduğu intellektual yarışın mahiyyəti və qaliblərin müəyyən olunması qaydaları barədə məlumat verib.
Müsabiqədə III yerin qalibi olmuş Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Həvva Əhmədova, Pərvin Rəhimov, Günel Əhmədova və Günel Quliyeva sertifikata layiq görülüblər.

TEB üzvlərinin  Qərb Universitetində keçirilmiş elmi konfransda uğuru - 23/05/2017
Qərb Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş XXII ənənəvi Tələbə Elmi Konfransı keçirilib.
Konfransın plenar iclasını açan universitetin rektoru, professor Andris Leytas ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, dahi siyasətçinin beynəlxalq siyasi arenadakı nüfuzundan, Azərbaycanın bügünkü dinamik inkişafında İlham Əliyevin xidmətlərindən söz açıb.  
Daha sonra mövzu ilə bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb, dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrantları: Rəhimov Pərvin, Mustafayeva Aynur, Fazilova Nərminə, Qəmbərli Sədəfxanım, Həsənova Raziyyə, İsmayılbəyli Türkan, Qarayeva Nərgiz, Kazımova Xəyalə, Cəfərov Qismət, İsmayılova Günay, Əhmədova Günel məruzə ilə çıxış ediblər. Ən uğurlu çıxışlarına görə Mustafayeva Aynur 2-ci, Qəmbərli Sədəfxanım 3-cü yerə layiq görülüb. Tələbələrin hər biri fəal iştirakına görə diplomla təltif olunublar.

Aynur Mustafa adlı şəxsin şəkli.

TEB üzvləri bir sıra ədəbi-bədii tədbirlərə qatılıb - 18/05/2017
Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Günel Quliyeva, Günay İsmayılova və Sədəfxanım Qəmbərli Azərbaycan Teatr Xadimləri İttifaqının binasında Azərbaycanın böyük şairi Musa Yaqubun 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə "İndi bildim Nağıldı" kitabının təqdimatı da baş tutub. Yubileydə ədəbiyyat xadimləri iştirak edib və şair haqqında xoş sözlərini ifadə ediblər.
Tələbə Elmi Birliyinin üzvləri Bookzone kitab evində keçirilən motivasiya yönümlü seminarları ilə tanınan Pərviz Həsənovun “Xəyalımdakı gələcək” adlı kitabının təqdimatında iştirak edib. Pərviz Həsənovun şəxsi inkişafla əlaqədar diskussiyası tələbələrə motivasiya olub. Sonda iştirakçılarla ilə xatirə şəkilləri çəkdirilib.
Səməd Vurğunun ev muzeyində Nüşabə (Babayeva) Vəkilovanın təşkilatçılığı ilə Aslan Salmanoyun "Səməd Vurğun və represiya" mövzusunda seminarı keçirilib. Seminarda müəllimlər, tələbələr, alimlə iştirak edib. Tədbirdə iştirak edən elm adamları mövzunu yüksək qiymətləndirib və gənc nəslə bu mövzunun düzgün çatdırılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıblar. Tədbirdə BDU-nun dosenti Məti Osmanoğlu, Azərbaycan jurnalının redaktoru İntiqam Qasımzadə, Vaqifşünas alim İradə Musayeva, professor Rüstəm Kamal, professor Tofiq Məlikli, professor Əlizadə Əsgərli mövzuyla bağlı öz fikirlərini bildiriblər. Filologiya fakültəsinin tələbələri məruzəni  dinləyib və daha sonra muzeylə yaxından tanış olublar.

TEB üzvləri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Respublika elmi konfransında - 17/05/2017
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən və Türkiyənin Adıyaman Universitetindən ümumilikdə 150 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən tədbirdə 20-dən çox doktorant, 30-ya yaxın magistrant və 5 nəfər bakalavriat məruzələrlə çıxış edib.  Konfransda Tələbə Elmi Birliyinə üzvləri və idarə heyəti müxtəlif məruzələrlə çıxış edib.
Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, prof. Aydın Kazımzadə Heydər Əliyevin dövlətçilik strategiyasından, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, eləcə də universitetdə elmin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan bəhs edib.
Filologiya fakültəsinin dekanı, dos. Elçin Məmmədov ulu öndərin memarı olduğu azərbaycançılıq ideologiyasından, onun milli dəyərlərimizə, ədəbiyyat və mədəniyyət xadimlərinə münasibətindən söz açıb.    
Sonra dos. Nağdəli Zamanovun “Heydər Əliyev nitqlərinin estetik dünyagörüşün inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib.
Konfrans öz işini Dilçilik və Ədəbiyyatşünaslıq bölmələrində davam etdirib.

TEB üzvləri Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransına qatılıb - 06/05/2017
Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən 700 nəfər gənc tədqiqatçı məruzə ilə qatılıb. Konfransda Tələbə Elmi Bilriyinin idarə heyəti: Pərvin Eyvazov, Havva Əhmədova, Pərvin Rəhimov, Aynur Mustafayeva, Günel Quliyeva, Günel Əhmədova, Qismət Cəfərov, Günay İsmayılova, Nigar Əliyeva, Nərgiz Qarayeva, Türkan İsmayılbəyli, üzvlərdən Sevda Babayeva, Rəhiməxanım Mürvətova, Elnarə Talıbova və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyanın aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar, konfransın proqramı və materiallar toplusu təqdim olunub.

Həvva Əhmədova Zamir adlı şəxsin şəkli.

TEB üzvlərinin “Heydər Əliyev və Azərbaycan gəncliyi” elmi konfransında uğuru - 28/04/2017

Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib.  Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 16 nəfər tələbə və magistrantı təmsil edib. Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransa qatılan gənc tədqiqatçılar: Pərvin Eyvazov, Könül Xəlilzadə, Havva Əhmədova, Pərvin Rəhimov, Mərziyə Qasımova, Günel Əhmədova, Aynur Mustafayeva, Türkan İsmayılbəyli, Nigar Əliyeva, Aqil Bəkirli, İntizar Balabəyova, Qismət Cəfərov, Günel Quliyeva, Günay İsmayılova, Aytac Həsənova maraqlı elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər. Sonra bütün iştirakçılara sertifikatlar və materiallar toplusu tədqim olunub.
Konfransın yekun iclasında BSU-nun rektoru, prof. Nurlana Əliyeva çıxış edərək belə tədbirlərin gənclər üçün əhəmiyyətini vurğulayıb və bütün qonaqlara öz minnətdarlığını bildirib. Tələbə Elmi Birliyinin sədri, doktorant Pərvin Eyvazov ulu öndər Heydər Əliyev irsinin gənclər tərəfindən araşdırılmasına ciddi önəm verildiyinə, BDU-nun təmsilçilərinə göstərilən diqqətə və qonaqpərvərliyə görə akademik Abel Məhərrəmov, fakültə dekanı dos. Elçin Məmmədov və tələbələr adından təşəkkür edib.   
Sonda prof. Nurlana Əliyeva ən uğurlu məruzəçiləri diplomla təltif edib. Filologiya fakültəsinin 11 nəfər tələbəsi BSU-nun rektoru tərəfindən diploma layiq görülüb.

TEB-in növbəti iclası keçirilib - 26/04/2017

TEB-in idarə heyətinin gündəlik məsələlərin müzakirəsinə həsr olunmuş növbəti iclası keçirilib. İclasda elmi işlərin icrası, fəaliyyətin təbliği, tələbələrin TEB-lə əməkdaşlığı, bir sıra yeni tədbirlər planı, mövcud problemlər ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, birliyin budəfəki iclasında Türkologiya kafedrasının dosenti İslam Vəliyev və Türkiyənin Qafqaz Universitetinin III kurs tələbəsi Səma Şahin qonaq kimi iştirak edib. Sonra TEB üzvləri türkiyəli qonağı universitetimizlə və  Bakının görməli yerləri ilə tanış ediblər.

TEB üzvləri “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda Respublika elmi konfransında iştirak edib - 25/04/2017

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Konfransda Filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti, doktorant, magistrant və tələbələr də iştirak edib. TEB üzvlərindən Pərvin Eyvazov, Ramil Bayramov, Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Nərgiz Qarayeva, Elza Məmmədova, Günel Quliyeva, Xəyalə Kazımova, Aytac Həsənova, Raziyyə Həsənova, Sədəfxanım Qənbərova, Aynurə Məmmədova və başqaları bölmə iclaslarında maraqlı elmi məruzələrlə çıxış ediblər.

TEB üzvləri akademik Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılışında iştirak edib - 24/04/2017

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın plenar iclasında Tələbə Elmi Birliyinin üzvləri də iştirak edib.

Tələbə Elmi Birliyinin üzvləri intellektual yarışın qalibi olub - 22/04/2017

Filologiya fakültəsi Tələbə Elmi Birliyinin İdarə heyəti ( Havva Əhmədova, Günel Əhmədova, Pərvin Rəhimov, Günel Quliyeva) BDU-nun  SABAH qrupları THT-nin təşəbbüsü ilə Aprel döyüşlərində şəhid olanların xatirəsinə həsr olunmuş intellektual yarışda iştirak edib. Gərgin keçən mübarizədə TEB-i təmsil edən "Apokalipsis" komandası lll yer qazanıb. Yarışda həmçinin TEB üzvlərindən ibarət "Alpaqud" adı ilə komanda da iştirak edib. Qələbə münasibətilə komanda üzvlərini təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

BDU-Filologiya Tələbə Elmi Birliyi adlı şəxsin şəkli.

BDU-Filologiya Tələbə Elmi Birliyi adlı şəxsin şəkli.

TEB üzvləri şair Vüqar Əhməd və Xalq artisti Firuz Əliyevlə görüşdə - 15/04/2017

BookZone Kitab evində görkəmli nəğməkar şair, filologiya elmləri doktoru professor Vüqar Əhməd və Milli Konservatoriyanın dosenti, Xalq artisti, tarzən Firuz Əliyevlə görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, kitab evinin əməkdaşları iştirak ediblər. Tədbirdə Bakı Dövlət Universitetini Tələbə Elmi Birliyinin təşkilatı işlər üzrə komitə rəhbəri Günel Quliyeva və Əlaqələndirmə komitəsinin rəhbəri Günay İsmayılova təmsil ediblər. Ədəbi məclisin aparıcısı İqtisad Universitetinin baş biblioqrafı Arzu Məmmədova açıq elan edərək, məclisin əhəmiyyətini vurğulayıb. Sonra söz Kitab evinin rəhbəri Seymur Tağıyevə verilib.O, qonaqları və məclis iştirakçılarını salamlayaraq, bu görüşdən məmnuniyyətini ifadə edib. Daha sonra söz şair Vüqar Əhmədə və tarzən Firuz Əliyevə verilib. Qonaqlar səmimi söhbətləri ilə görüşü daha maraqlı ediblər. Vüqar Əhməd Firuz müəllimin müşayiəti ilə şeirlərini səsləndirib,məclis iştirakçılarının şeirlərini dinləyib, suallarını cavablandırıb. Görüşdə həmçinin Vüqar Əhmədin qızı Almaxanım Əhmədova da muğam parçası səsləndirib. Son olaraq qonaqlar tədbir təşkilatçılarına və ədəbi məclis iştirakçılarına təşəkkürlərini bildirib,xatirə şəkilləri çəkilib.

Tələbə Elmi Birliyinin M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş növbəti iclası keçirilib - 08/04/2017

TEB üzvlərinin iştirakı ilə M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş növbəti iclas keçirilib. İclasda görkəmli Azərbaycan şairi M.P.Vaqifin həyatı və yaradıcılığı ilə yanaşı, cari məsələlərdən də bəhs olunub.
Tədbiri giriş sözü ilə açan TEB-in sədri Pərvin Eyvazov M.P.Vaqif poeziyasının dil-üslub xüsusiyyətlərindən, onun Azərbaycan ədəbi dili tarixindəki mövqeyindən bəhs edib. O, elmi mənbələrə istinadən bildirib ki, M.P.Vaqifin dilində 3506 söz işlənib. Onlardan 1686-sı isim, 656-sı sifət, 438-i feildir. 1686 isim 8244 dəfə təkrar olunduğu halda, 656 sifət 1904 dəfə təkrar olunub. Həmçinin Vaqifin dilində ən çox işlənən isimlər göz (211 dəfə), can (167 dəfə), zülf (160 dəfə), üz (120 dəfə), ən çox işlənən sifətlər isə gözəl (176 dəfə), ağ (64 dəfə), xoş (52 dəfə) sözləridir. P.Eyvazov bu ilin sonunacan şairin yubileyinə həsr olunmuş elmi konfrans keçirləcəyini və tələbələrin bu konfransda aktiv olmalarının zəruriliyini qeyd edib.
TEB-in magistratura üzrə sədr müavini Pərvin Rəhimov Molla Pənah Vaqif yaradıcılığının elmi cəhətdən araşdırılmasının aktuallığı haqqında danışıb. Şairin irsinin hərtərəfli öyrənilməsinin, xüsusilə əsərlərinin dilinin leksik, morfoloji və sintaktik cəhətdən tədqiqinin maraqlı məqamlarından bəhs edib. Bu cəhətdən, keçiriləcək konfransa tələbələrin də cəlb olunmasını müsbət hal kimi qiymətləndirib.  
TEB-in bakalavriatura üzrə sədr müavini Aynur Mustafayeva çıxış edərək M.P.Vaqifin bədii yaradıcılığının poetik xüsusiyyətlərindən, əsərlərinin mövzu və məzmunca bu gün də aktuallıq kəsb etməsindən danışıb, şeirlərindən parçalar söyləyib.
Daha sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Ramil Bayramov və Anar Fərəcov M.P.Vaqifin ictimai-siyasi xadim kimi fəaliyyəti, onun irsinin türkoloji kontekstdə öyrənilməsinin vacibliyi haqqında çıxışlar ediblər. Tələbə və magistrantların M.P.Vaqif yaradıcılığının araşdırılmasına cəlb olunmasının, bu istiqamətdə təbliğat işlərinin aparılmasının və müəllimlərin də bu işə cəlb olunmasının vacibliyini vurğulayıblar.  
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

TEB üzvləri “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda viktorinanın qalibi olub - 07/04/2017
Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda viktorina keçirilib. Tədbiri açıq elan edən kafedra müdiri Səhər Orucova viktorinanın məqsədi və şərtlərini elan edib. Viktorinada filologiya fakültəsinin tələbələri və magistrantlarından ibarət altı qrup iştirak edib. Suallar münsiflər heyəti professor Səhər Orucova, dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə, dosent Məhəmməd Məmmədov tərəfindən səsləndirilib. Birinci yerin qalibi Tələbə Elmi Birliyinin üzvlərinin iştirak etdiyi “Qorqudun nəvələri” komandası olub. İki və üçüncü yerləri isə II kurs tələbələrindən ibarət olan “Damğa” və “Bayat” komandaları bölüşüblər.

BDU-Filologiya Tələbə Elmi Birliyi adlı şəxsin şəkli.

Tələbə Elmi Birliyinin üzvləri Musa Yaqubun söz işığında - 03/04/2017

“BOOKZone” Kitab Evində görkəmli Azərbaycan şairi, AYB-nin üzvü Musa Yaqubla görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, kitab evinin əməkdaşları iştirak edib. Tədbirdə BDU-nu Filologiya fakültəsindən "Söz" Yaradıcılıq Birliyinin rəhbəri, dosent Məti Osmanoğlu, Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, birliyin Mətbuat-informasiya komitəsinin rəhbəri Günel Quliyeva, üzvlərdən Əfsanə İbrahimova, Zərifə Həmzəyeva, Adilə Hacılı, Elnarə Talıbova təmsil ediblər. Şeir dolu qəlblərin və şeiriyyəti sevən insanların toplaşdığı ədəbi məclisin aparıcısı BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Aynur Mustafayeva olub. O,  qonaqları salamlayaraq tədbiri açıq elan edib və bu gözəl məclisin əhəmiyyətindən danışıb. Sonra söz kitabxananın müdiri Seymur Tağıyevə verilib. O, Musa Yaqub poeziyasının əlxaqi-didaktik əhəmiyyətindən bəhs edib. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Musa Yaqubun şeirlərindən parçalar söyləyib, şairin yaradıcılıq qabiliyyətindən, fərdi üslubundan söz açıb.  
Sonra söz şairə verilib. O, həyatı ilə bağlı maraqlı xatirələr danışıb, qonaqlara öz şeirlərini oxuyub. Ədəbi məclis musiqi ilə davam edib. Milli Konservatoriyadan Xalq artisti Mənsum İbrahimovun tələbələri BDU-nun məzunu Mehranə Məmmədova, Elsevər Muradov, Ceyhun Qənbərov və Televiziya Muğam müsabiqəsinin qalibi Sədəf Budaqova gözəl səsləri ilə söz məclisinə canlılıq, rəng qatıblar. Sonda şair iştirakçıların suallarını cavablandırıb, tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.

TEB üzvləri BSU-da keçirilmiş Respublika Elmi Konfransında uğurla iştirak edib - 02/04/2017

Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika Elmi Konfransı keçirilib. Konfransa  respublikanın 12 ali təhsil müəssisəsindən 220 tələbə qatılıb.
Konfransda Tələbə Elmi Birliyinin üzvləri də iştirak edib. Konfransın plenar iclasında BDU adından Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva çıxış edərək belə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə universitet rəhbərliyi, dekanlıq və tələbələr adından təşəkkürünü bildirib.
TEB üzvlərindən Pərvin Eyvazov, Günel Quliyeva, Pərvin Rəhimov, Havva Əhmədova, Nərgiz Qarayeva, Türkan İsmayılbəyli, Qismət Cəfərov, Samirə Hüseynova, Fərqanə Qədimova, Zöhrə İmamverdiyeva, Elnarə Talıbova və başqaları maraqlı elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər.      
Konfransın yekununda bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Ən uğurlu çıxışlarına görə fakültənin 10 nəfər tələbəsi BSU-nun rektoru, prof. Nurlana Əliyeva tərəfindən diploma layiq görülüb.

TEB üzvləri Gürcüstan Parlamenti Milli Kitabxanasının baş direktoru ilə görüşdə  - 09/03/2017
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Gürcüstan Parlamenti Milli Kitabxanasının baş direktoru, “Beynəlxalq Müşfiq mükafatı” laureatı, gənc gürcü yazıçı-şairi Giorgi Kekelidzenin “Quriya gündəlikləri” kitabının təqdimatı keçirilib. Təqdimata Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, alimlər və tələbələr qatılıb.
Tədbirdə BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri: Pərvin Eyvazov, Pərvin Rəhimov, Günay İsmayılova, Günel Quliyeva, Könül Xəlilzadə, Eltən Allahverdiyeva, Nərmin Mahmudova, Əfsanə İbrahimova, Əfsanə Məmmədova iştirak edib.
Təqdimatda Milli Kitabxananın direktoru, professor Tahir Kərimli, Yazıçılar Birlyinin gənclərlə iş üzrə katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu, BDU-nun Kitabşünaslıq və nəşriyyat kafedrasının dosenti Rasim Süleymanov, AYB-nin İdarə Heyətinin üzvü Pərvin Nurəliyeva və başqaları çıxış edərək gənc yazarın ədəbi və ictimai fəaliyyətindən, kitabdakı hekayələrin bədii-didaktik əhəmiyyətindən danışıblar.
Həmçinin tədbirdə Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, TEB-in magistratura pilləsi üzrə koordinatoru Pərvin Rəhimov çıxış edərək “Quriya gündəlikləri” kitabındakı hekayələrin məzmunundan, gənclər üçün tərbiyəvi əhəmiyyətindən, onların bədii strukturu, mövzu-ideya və əsərin azərbaycancaya tərcüməsinin dil-üslub xüsusiyyətlərindən bəhs ediblər.
Sonra söz gənc yazar G.Kekelizdeyə verilib. O kitabın tədqimatına toplanmış hər kəsə təşəkkürünü bildirib. Sonda müəllif iştirakçıların suallarını cavablandırıb, öz imzalı kitabını oxuculara hədiyyə edib.

Tələbə Elmi Birliyinin idarə heyətinin ilk iclası keçirilib - 04/03/2017
Martın 4-də TEB-in idarə heyətinin ilk iclas keçirilib. 24 nəfər üzvün iştirak etdiyi iclasda birliyin idarə heyətinin tərkibi yenilənib. Aparılan müzakirələr və tələbələrin sərbəst seçimi əsasında TEB-in idarə heyəti müəyyənləşib. Sonra birliyin fəaliyyət planı ətrafında müzakirələr aparılıb. Bir sıra tədbirlərin keçirilməsi ilə bağlı təkliflər səsləndirilib. Çıxış edənlər: Həvva Əhmədova, Pərvin Rəhimov, Nərgiz Qarayeva, Günel Quliyeva, Türkan İsmayılbəyli, Aynur Mustafayeva və başqaları tələbələrin maarifləndirilməsi üçün elmi seminarların və görkəmli alimlərlə görüşlərin təşkil edilməsini zəruri hesab ediblər. Təkliflər üzvlər tərəfindən səsə qoyularaq qəbul edilib.

Tələbə Elmi Birliyinin tərkibi yenidən formalaşdırılıb - 01/03/2017
Filologiya fakültəsində Tələbə Elmi Birliyinin iclası keçirilib. İclas TEB-in yeni fəaliyyət istiqamətinin, həmçinin idarə heyətinin və üzvlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dos. Elçin Məmmədov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının perspektivlərindən bəhs edib. Bildirib ki, gələcəkdə fakültənin nüfuzunun daha da güclənməsində, kadr potensialının gəncləşməsində TEB-in fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Magistrlərlə yanaşı, bakalavriatların da elmi fəaliyyətə cəlb olunması, onların elmə olan marağının artırılması TEB-in diqqət mərkəzində olmalıdır. Həmçinin kafedraların nəzdindəki elmi dərnəklərlə TEB arasında əlaqələr möhkəmləndirilməlidir. Sevindirici  haldır ki, bu il təkcə 30-dan çox I kurs tələbəsi elmi fəaliyyətə cəlb olunub: onlara mövzular verilib, elmi rəhbərlər təyin olunub. Natiq onu da qeyd edib ki, TEB-in idarə olunmasını daha da ciddiləşdirmək üçün bu ildən etibarən ona rəhbərlik etmək fakültə əməkdaşına tapşırılıb. Eyni zamanda Elmi şuranın qərarı ilə fakültə TEB-in "Əsasnamə"si qəbul edilib və uzun illər təşkilatın adındakı cəmiyyət sözü "birlik" sözü ilə əvəzlənib.
TEB-in sədri, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov çıxış edərək birliyin fəaliyyət istiqamətləri, “Əsasnamə”si, tələbələrin elmi tədbirlərdə iştirakı haqqında məlumat verib, elmi təşkilatlanmanın faydalarından danışıb. Sabah qruplarının da TEB-lə əməkdaşlıq etməsini müsbət qiymətləndirən sədr idarə heyətinin strukturunu və iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, birliyin idarə heyətində bakalavrlar, Sabah qrupunun tələbələri və magistrantlar yer alacaq.
Elmi işlər üzrə dekan müavini, prof. Nizami Xəlilov, “Folklor” dərnəyinə məsul şəxs, dissertant Gülnar Axundova çıxış edərək tələbələrə öz tövsiyə və məsləhətlərini verib.
Sonra TEB-in tərkibinin formalaşdırılması üçün müzakirələr aparılıb. Tələbələrin fikirləri öyrənilib, onların sualları cavablandırılıb, üzvlər seçilib. Yaxın günlərdə TEB yeni idarə heyəti ilə ilk iclasını keçirəcək, yeni fəaliyyət planını hazırlayacaq.

 

Bookmark and Share