Home AZ | EN | RU

təhsil

Tədris olunan fənlər


Kafedrada 21 fənn tədris olunur. Onlardan 5-i: Dilçiliyə giriş, Ümumi dilçilik, Latın dili, Rus və Azərbaycan dillərinin müqayisəli qrammatikası, Dilçilik cərəyanları – bakalavr bölməsində olub filologiya, tarix, şərqşünaslıq, kitabxanaçılıq, hüquq, beynəlxalq hüquq, sosial elmlər və psixologiya fakültələrinin əyani və qiyabi şöbələrini əhatə edir. Magistraturada Sosiolinqvistika, Nəzəri dilçilik, Dilçilik metodları, Struktur dilçilik, Etnolinqvistika, Psixolinqvistika, Tətbiqi dilçilik və b. fənlər tədris olunur.

 

Kafedra xəbərləri

14 aprel 2009-cu ildə kafedrada kafedranın dissertantı Əliyeva Səlmi Saleh qızının «Azərbaycan və ingilis dillərində xitab» mövzusunda namizədlik dissertasiyasının müzakirəsi keçirilmişdir. Magistratura pilləsi üçün hazırlanmış proqramlar müzakirə edilmiş və onların çapı tövsiyə edilmişdir.

Proyektlər

2009-cu ilin dekabrında «Nəzəri dilçiliyin aktual problemləri» mövzusunda elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq əlaqələr

Kafedranın müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov müxtəlif beynəlxalq səviyyəli konfransların, konqreslərin, qurultayların iştirakçısı və məruzəçisi olmuşdur. Kafedranın Türkiyə və Rusiya universitetləri ilə əlaqələri var.

Bookmark and Share