Home AZ | EN | RU

Türkoloji araşdırmalar ETL-in nəşrləri

2015-ci ildə laboratoriya əməkdaşlarının birgə müəllifliyi ilə «Türkoloji araşdırmalar-1» adlı monoqrafik tədqiqatlar toplusu işıq üzü görmüşdür.  Kitabda əskini tapan əsərlər türkologiyanın aktual məsələlərinə həsr olunmuş və müəlliflərin üç illik əməyinin nətiəsi kimi ortaya qoyulmuş maraqlı tədqiqat işləridir.  Laboratoriya əməkdaşlarının ərsəyə gətirdikləri bu kitab filoloqlar üçün dəyərli bir töhfədir. Türkoloji araşdırmalar aparan mütəxəssislər, ümumiyyətlə, dilçilər bu monoqrafik topludan faydalana bilərlər.

«Türkoloji araşdırmalar-1». Bakı: Elm və təhsil, 2015, 268 s.

2019-cu il iyul ayının 09-da BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransa Türkiyə və Şimali Kipr Türk Cumhuriyyətindən, o cümlədən Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 139 tezis təqdim olunub. Onlardan 109-u təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib.

“Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfransın materialları.

16 noyabr 2018-ci il tarixində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib.  Konfransın materiallar toplusunda respublikamızın 15 elm və ali təhsil müəssisəsindən ümumilikdə 104 məqalə çap olunub.

“Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransının materialları

2018-ci il iyunun 23-də professor Bəkir Çobanzadənin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş «Azərbaycan dili: dünən və bu gün» mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Bosniya-Hersoqovina və Qırğızıstanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 170 məqalə təqdim olunub. Onlardan 128-i təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib.


Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş «Azərbaycan dili: dünən və bu gün» mövzusunda Beynəlxalq elmi konfransın materialları.

2017-ci il dekabrın 7-də görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib. "M.P.Vaqif və müasirlik", "Dilçilik", "Ədəbiyyatşünaslıq" və "İctimai elmlər" adlı bölmələrdən ibarət olan konfransın materiallar toplusunda ümumilikdə 187 məqalə çap olunub.

«M.P.Vaqif və müasirlik» mövzusunda Respublika elmi-praktik konfransının materialları.

2016-cı il noyabrın 2-də görkəmli türkoloq, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib. “Tofiq Hacıyev – görkəmli türkoloq”, “Dilçilik” və “Ədəbiyyatşünaslıq” adlı bölmələrdən ibarət olan konfransın materiallar toplusunda ümumilikdə 117 məqalə çap olunub.

“Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları.

2016-cı il dekabrın 28-də I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş «Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)» mövzusunda Respublikaelmi konfransı keçirilib. Konfransa Azərbaycanın 15 elm və təhsil müəssisəsindən ümumilikdə 168 məqalə ilə 182 nəfər qatılıb.

«Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)» mövzusunda Respublikaelmi konfransının materialları.

2015-ci il oktyabr ayının 29-da Görkəmli ictimai xadim, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda 122 məruzə (10 xarici ölkədən olmaqla) dinlənilmiş və konfransın materiallarında nəşr olunmuşdur.

“Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları.

2013-cü il mayın 31də Görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin anadan olunmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

“Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransının materialları.

Bookmark and Share