28 May Respublika gününə həsr edilmiş yaradıcılıq müsabiqəsi
29/05/201228 May Respublika gününə həsr edilmiş yaradıcılıq müsabiqəsi
BDU-nun Tələbə Həmkarlar Təşkilatı və Filologiya fakültəsi 28 May Respublika gününə həsr edilmiş yaradıcılıq müsabiqəsini keçirmişdir. Müsabiqənin qalibləri üçün mükafatlar nəzərdə tutulmuşdu:
I yer -100 manat II yer- 70 manat III yer- 50 manat
Müsabiqəyə 28 May Respublika gününə həsr edilmiş 20-dən çox yaradıcılıq işi (şeir, esse, hekayə, musiqi və rəsm əsərləri və s.) təqdim edilib.
Tələbələrin işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin rəyinə görə I və III yerə heç bir iş məsləhət görülməmişdir. Onların qərarına görə II yerə 2 iş layıq görülmüşdür:
Əyani şöbənin 2 kurs tələbəsi – Rzalı Günay
Qiyabi şöbənin 5 kurs tələbəsi – Axundova Gülnar
Hər iki tələbə 70 manat məbləğində mükafatlandırılmışdır.
