Home AZ | EN | RU

40-dan çox filoloq Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransına qatılıb

06/05/2017

Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən 700 nəfər gənc tədqiqatçı məruzə ilə qatılıb.
Konfransda Filologiya fakültəsinin 40-dan çox tələbə və gənc əməkdaşı BDU-nu uğurla təmsil edib. “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, TEB-in sədri Pərvin Eyvazov, Azərbaycan dilçiliyi kafedrasının müəllimi, fil.f.d. Səbinə Vəliyeva, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşı Gülarə Şirinova, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova, doktorant Jalə Nağıyeva, tələbə və magistrantlardan Könül Xəlilzadə, Zülfiyə Ağayeva, Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Havva Əhmədova, Elfanə Qəniyeva, Jalə Rüstəmova, Nigar Əliyeva, Günel Quliyeva, Günay İsmayılova, Sevda Babayeva, Elnur Soltanlı, Gözəl Məmmədli, Elnarə Talıbova, Türkan Mahmudova, Sabah qruplarından Türkan İsmayılbəyli, Nərgiz Qarayeva, Elza Məmmədova, Rəhiməxanım Mürvətova və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyanın aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar, konfransın proqramı və materiallar toplusu təqdim olunub.

 

Bookmark and Share