Home AZ | EN | RU

BDU-nun 95 illik yubileyinə həsr olunmuş elmi konfrans

10/12/2014

Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində universitetin  95 illik yubileyinə həsr olunmuş tədqiqatçıların, doktorantların və tələbələrin elmi konfransı keçirilib. Tədbir Elm və İnnovasiyalar üzrə prorektor Aydın Kyazimzade açıb. Sonra konfransın plenar iclasında "Bakı Dövlət Universitetinin 95 illik fəaliyyəti dövründə coğrafi ekologiya və ətraf mühiti mühafizəsi sahəsində qazanılan nailiyyətlər" mövzusunda məruzə ilə kafedra müdiri, professor Şövqi Göyçaylı, “Lənkəran-Astara zonasının ekoloji şəraitinin  müasir vəziyyəti" mövzusunda isə magistrant Şəbnəm Alıyeva çıxış edib.

Tədbir öz işini iki bölmədə davam etdirib, ümumiyyətlə 97 məruzə dinlənilib.

Bookmark and Share