Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin növbəti görüşü keçirilib

01/04/2021

Aprelin 1-də BDU-nun Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Söz” Yaradıcılıq Birliyinin növbəti onlayn görüşü keçirilib.
Görüşdə II kurs tələbəsi Fidan Hüseynzadənin “Necəsən?” və ”Ey dünya”, birinci kurs tələbəsi Ruslan Mustafayevin “Bilmərəm” və “Axtarırsan”, üçüncü kurs tələbəsi Mirkamil Ağazadənin “Minacat” və “Mən itirdim Allah” adlı bədii nümunələri müzakirə olunub.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu və “Söz” Yaradıcılıq Birliyinin üzvləri tələbələrin bədii yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.
Tədbir qarşılıqlı müzakirələrlə başa çatıb.

Bookmark and Share