Home AZ | EN | RU

“Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” dastanının dünya ədəbiyyatşünaslığında tədqiqi” adlı elmi seminar keçirilib

22/02/2022

BDU-nun Filologiya fakültəsi “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə Qorqud” dastanının dünya ədəbiyyatşünaslığında  tədqiqi” adlı elmi seminar keçirilib. Seminarda “Dədə Qorqud” dastanının dünya ədəbiyyatşünaslığında araşdırılmasına dair laboratoriya müdiri Almara Nəbiyevanın, həmçinin ETL-in əməkdaşları – Rəna Cavadova, Samirə Quliyeva və Fərqanə Əliyevanın məruzələri dinlənilib. Sonra mövzu ətrafında çıxışlar edilib, məzurəçilərə suallar ünvanlanıb. Tədbir müzakirələrlə yekunlaşıb.

Bookmark and Share