“Şeir, ruhumun qidasısan” adlı poeziya gecəsi təşkil olunub
28/02/2023BDU-nun Filologiya və Jurnalistika fakültələrinin Könüllülərinin təşkilatçılığı ilə “Şeir, ruhumun qidasısan” adlı poeziya gecəsi keçirilib. Tədbirdə BDU Könüllülərinin sədri Nərmin Heydərova, fakültə sədrləri və tələbələr iştirak ediblər. Tədbiri Filologiya fakültəsi Könüllülərinin sədri Rəvan Quliyev açıq elan edib. Daha sonra Filologiya fakültəsinin tələbəsi Aytac Salahlı, Jurnalistika fakültəsinin tələbəsi Röyal Əmrahov, Tarix fakültəsinin tələbəsi Mehdi Rzayev şeirlər səsləndiriblər. Ədəbi-bədii gecədə tələbələr müxtəlif musiqilər ifa ediblər. Sonda BDU Könüllülərinin sədri Nərmin Heydərova çıxış edərək tədbirlə bağlı təəssüratlarını bölüşüb.
