Home AZ | EN | RU

“Fizika fənni üzrə ixtisas mətnləri üzərində işləmə üsulları” mövzusunda ustad dərsi

01/04/2022

Aprelin 1-də BDU -nun Filologiya  fakültəsində Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Gültəkin Əliyar qızı Qarabağlının  “Fizika fənni üzrə ixtisas mətnləri üzərində işləmə üsulları” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Məruzəçi bildirib ki, tələbələrin gələcəkdə öz sahələrinə dərindən yiyələnmələri üçün onların ixtisas fənlərinə aid kitab və dərslikləri, elmi ədəbiyyatları təkcə ana dilində deyil, həm də xarici dillərdə oxuyub-anlamaları vacibdir. Məruzəçi rus dili dərslərində fizika sahəsində ixtisas mətnləri üzərində işləmə üsullarının tətbiqinə dair nümunələr gətirib və qeyd edib ki, mətnlərin mövzusundan asılı olaraq onların tərkibində olan terminoloji vahidlərin həmin konstruksiyaların daxilində işlədilməsi müvafiq nitq bloklarının yaradılmasına şərait yaradır. Beləliklə, tələbələrə rus dilində olan ixtisas fənni üzrə elmi ədəbiyyatları anlamaq və bu sahədə müstəqil fikirlər söyləmək bacarığı aşılanır.
Sonra məruzə ətrafında çıxışlar edilib. Çıxışlarda mövzunun əhəmiyyəti diqqətə çatdırılıb və qeyd olunub ki, məruzəçinin dəyərli təklifləri digər təbiət fakültələrində keçirilən rus dili dərslərində istifadə oluna bilər.

Bookmark and Share