Home AZ | EN | RU

Su Çərşənbəsi və “Əzizə Cəfərzadə yaradıcılığında Novruz” mövzusunda elmi seminar

21/02/2017

Bakı Dövlət Universitetində Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Əzizə Cəfərzadə yaradıcılığında Novruz” mövzusunda Elmi Seminar və Su Çərşənbəsi ilə bağlı tədbir keçirilib. Tədbir aparıcılar - Gülnar Axundova və Cavid Quluyevin Su Çərşənbəsi və Əzizə Cəfərzadənin həyat və yaradıcılığı ilə bağlı məlumatla başlayıb. Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Əzizə Cəfərzadənin ədəbiyyata verdiyi töhfələrdən, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova isə xalqımıza məxsus adət-ənənələrin gələcək nəsillərə çatdırılmasında böyük rol oynayan ədəbiyyatşünasın, eyni zamanda milli bayramımız olan Novruz haqqında geniş, ətraflı, dərin məlumata malik olmasından bəhs edib. Əzizə Cəfərzadənin ailə üzvləri Səadət Ələsgərova, Kəmalə Cəfərzadə, AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri Afaq Ramazanlı Əzizə xanımla bağlı xatirələrini bölüşüblər. Elmi Seminarda magistr və doktorantlar “Əzizə Cəfərzadə yaradıcılığında Novruz” mövzusunda çıxışlar ediblər. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin üzvləri rəqs və musiqi nömrələri nümayiş etdiriblər. Sonda qonaqlara bayram şirniyyatları ilə bəzənmiş çay süfrəsi təqdim edilib.

 

 

 

Bookmark and Share