Home AZ | EN | RU

Tələbələrə Fransada təhsil alma imkanlarından bəhs edilib

05/05/2015

Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrindən ibarət nümayəndə heyətinin BDU-ya səfərinin davamı olaraq Ecole Nationale Superieure de Chimie de Rennes-in nümayəndələri BDU-da olub. Qonaqlar Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova, xarici tələbələrlə iş üzrə dekan müavini Hikmət Nağdəliyev, kimya fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüblər. Görüşdə tələbələrə Fransada təhsil alma imkanlarından bəhs edilib.

Bookmark and Share