Home AZ | EN | RU

ABŞ-ın keçmiş senatoru BDU tələbələrinə mühazirə oxuyub

24/04/2015

Bu gün ABŞ-ın Kanzas ştatının keçmiş senataru Kris Ştayneger BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin qonağı olub. Senat fakültənin tələbələrinə siyasi fəaliyyəti və senator olduğu müddətdə qazandığı təcrübə ilə bağlı mühazirə oxuyub, ABŞ-ın son zamanlar həyata keçirdiyi xarici siyasət, Yaxın Şərqdə vəziyyət, ABŞ-Azərbaycan münasibətləri haqqında fikir mübadiləsi aparıb. Qeyd edək ki, ABŞ Dövlət Departementinin təşkil etdiyi "Natiqlər proqramı" layihəsi çərçivəsində bu ölkənin görkəmli mütəxəssis və alimləri davamlı olaraq Azərbaycanın ali məktəblərində mühazirə üçün dəvət edilir.

 

Bookmark and Share