Home AZ | EN | RU

Şahmat üzrə Bakı Dövlət Universitetinin birinciliyində filoloqlarımızın uğuru

11/05/2012

Şahmat üzrə Bakı Dövlət Universitetinin birinciliyində filoloqlarımızın uğuru

Hər il olduğu kimi aprel-may aylarında BDU-nun professor-müəllim heyəti arasında ulu öndər Heydər Əliyevin anadan olduğu günə həsr olunan şahmat birinciliyi keçirilmişdir. Universitetinin bütün fakültələrinin nümayəndələrinin qatıldığı yarışda 28 nəfər iştirak edirdi. Birincilik 3 mərhələdə keçirildi. Üçüncü mərhələyə çıxan 7 iştirakçı dairəvi sistemlə qalibləri müəyyən etdi. Gərgin keçən oyunlar nəticəsində filologiya fakültəsinin əməkdaşları yüksək nəticələr əldə etmiş, Universitetin rektoru və Azad Həmkərlar İttifaqı Komitəsi tərəfindən ayrılan pul mükafatlarına layiq görülmüşlər. Belə ki, birinci yeri tutan Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aqil Hacıyev 300 manat, üçüncü yeri tutan Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya elmləri namizədi Fikrət Əlizadə 100 manat pul mükafatı əldə etmişlər.

Qalibləri təbrik edirik!

Bookmark and Share