“Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində Prof. Füzuli Bayatın ustad dərsi keçirilib
01/03/2017Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində kafedranın müəllimi, dosent Könül Həsənovanın III kursun 071 qrupunda “Qədim türk eposu. Oğuznamələrin türk dastançılığında yeri. (“Oğuz xaqan”)” adlı mühazirəsinə "Oğuz dastanı: tarixi-mifolji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almış professor Füzuli Bayat dəvət olunub. Dosent Könül Həsənova mövzuya giriş edərək Füzuli Bayatın elmi fəaliyyəti haqqında məlumat verib. Sonra Füzuli Bayat Qədim türk eposlarının yarandığı dövr, onların mənbələri, dili və tarixi, “Oğuz Xaqan” dastanının məzmunu və obrazlar sistemi ilə bağı tədqiqatlarını məruzə edib. Sonda alim tələbələrin suallarını cavablandırıb.
