“Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində professor Kamran Əliyevin ustad dərsi keçirilib
07/11/2017Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının 2016-cı ildən həyata keçirtidiyi "Alimlərimizi tanıdaq" layihəsi çərçivəsində mühazirə keçirilib. Filologiya fakültəsinin I kursu 103 və 104-cü qruplarında "Azərbaycan şifahi xalq ədəbiyyatı" fənninin mühazirə müəllimi professor Səhər Orucova "Kitabi-Dədə Qorqud" dastanı" mövzusundakı dərsinə bu dastanın araşdırmaçılarından biri, “Açıq kitab – “Dədə Qorqud” kitabının müəllifi, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevi dəvət edib. Professor Kamran Əliyev "Kitabi-Dədə Qorqud" dastanı" ilə bağlı bu günə kimi açılmayan məqamları, bir çox tədqiqatçıların üstündən keçdiyi, fikir vermədiyi, adi hesab etdiyi məqamları tələbələrin diqqətinə çatdırıb. Sonda tələbələr dastanla bağlı suallarını tədqiqatçıya ünvanlayıb, 103-cü qrupun məşğələ müəllimi dosent Könül Həsənova, kafedranın digər müəllimləri dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə Kamran müəllimin keçdiyi mühazirədən, eyni zamanda, “Açıq kitab – “Dədə Qorqud” kitabının praktik əhəmiyyətindən danışıblar. Professor Kamran Əliyev ən maraqlı suala görə, I kurs tələbəsi Dünya İsmayılovaya öz kitabını hədiyyə edib.
