“Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində professor Tofiq Məliklinin ustad dərsi keçirilib
02/03/2017Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində kafedranın müdiri, professor Səhər Orucovanın Rus bölməsinin II kurs 087-ci qrupunda «Вопросы, создания, записывания, издания и исследования сюжетов дастана «Книга моего Деда Коркута» adlı mühazirəsinə professor Tofiq Məlikli dəvət olunub. Professor Səhər Orucova qonağını təqdim edərək alim və dərsin mövzusu haqqında məlumat verib. Professor Tofiq Məlikli öz növbəsində “Kitabi-Dədə Qorqud”un yarandığı dövr, dastanın variantı, məzmunu və obrazlar sistemi haqqında məruzələr edib. Sonda tələbələr öz suallarını alimə ünvanlayıb.
