Alman və fransız dilləri kafedrasının müdiri beynəlxalq konfransda iştirak edib
14/04/2021Rusiyanın N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Arzamas filialının Milli Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Dil tədrisində müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının müdiri dosent Elmir Fərəcullayeva uğurla təmsil edib. “Azərbaycan dilinin xarici dil kimi tədrisində yeni təhsil şərtləri” adlı məruzə ilə çıxış edən təmsilçimizin araşdırması iştirakçılar tərəfindən maraqla qarşılanıb. Konfransın sonunda təşkilat komitəsi tərəfindən E.Fərəcullayevaya sertifikat təqdim olunub.
