Home AZ | EN | RU

Amerikalı jurnalist İrina Tsukermanın “Dəyirmi masa: Qadın tarixi ayı” adlı onlayn proqramının növbəti buraxılışı Novruz adətlərinə həsr olunub

24/03/2021

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova və kafedranın dissertantı Gülnar Axundova müstəqil amerikalı jurnalist İrina Tsukermanın “Dəyirmi masa: Qadın tarixi ayı” adlı onlayn proqramının qonağı olublar. Professor Səhər Orucova “Novruz - qədim xalq bayramımız” adlı məruzə ilə çıxış edərək bayramın tarixi köklərindən, mifoloji qatlarından, atributlarının mənalarından söz açıb. Gülnar Axundova Azərbaycanda Novruz adət-ənənələri haqqında danışıb, bu barədə videomateriallar təqdim edib.
Məruzələrdən sonra professor Səhər Orucova İrina Tsukermanın suallarını cavablandırıb.

Bookmark and Share