Home AZ | EN | RU

“Ana dilimizdə təhsilin ilk sütunu - Qori Müəllimlər Seminariyası” adlı tədbir

17/05/2022

BDU-nun Filologiya fakültəsində "Ana dilimizdə təhsilin ilk sütunu - Qori Müəllimlər Seminariyası" adlı tədbir keçirilib.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudova açılış nitqi ilə çıxış edərək, keçirilən tədbirin pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün əhəmiyyətindən danışıb.   
Sonra Filologiya fakültəsinin tələbələri Fidan Hüseynova “Qori Müəllimlər Seminariyasının tarixi”, Samirə Məmmədova "Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılması", Lamiyə Abbasova "A.Çernyayevskinin həyatı və fəaliyyəti", Selcan Şəfəqətova "Vətən dili dərsliyi", Günəş Babayeva "Firidun bəy Köçərlinin həyatı və yaradıcılığı", Aytən Qarayeva "Firidun bəy Köçərlinin kəlamları", Qorqud Məmmədli "Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülmə prosesi" adlı məruzələrlə çıxış ediblər.
Sonra mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirilib.  
Tədbirin bədii hissəsində Filologiya fakültəsinin 123-cü qrup tələbələrinin - Vüsalə Muradlı, Gülşən Adışova, Şəhla Sadıxova, Heybətova Xanım, Nəzin Əmirova  və Zəhra Xəlillinin ifasında şeirlər səsləndirilib.
Sonda Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, onlara sertifikatlar təqdim edib.

Bookmark and Share