Ankarada dünya şöhrətli türkoloq Tofiq Hacıyevin xatrirəsi yad edilib
03/05/2016Aprelin 30-da Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Türkiyənin və Azərbaycanın tanınmış elm xadimləri, gənc tədqiqatçılar və mərhumun yaxınları iştirak edib. Tədbiri prof. Bilgəxan Atsız Gökdağ açıq elan etdikdən sonra çıxış edənlər: YTSAM-ın rəhbəri Həsən Cəlal Gözəl, prof. Necati Dəmir, prof. Rasim Özyürək, prof. Həmzə Zülfüqar, prof. Şükrü Haluk Akalın, prof. Kamil Vəli Nərimanoğlu akademik Tofiq Hacıyevin həyat və yaradıcılığından, onun türk dünyasına göstərdiyi əvəzsiz xidmətlərindən, müəllimlik fəaliyyətindən ətraflı bəhs etmiş, dilçi alim haqqında maraqlı xatirələrdən danışıblar. Ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev atasına göstərilən sevgi, diqqət və qayğıdan böyük qürur hissi keçirdyini bildirib: “Atam həyatda olmasa da, bu gün mənim üçün ən xoşbəxt günlərdən biridir. Çünki atam bütün həyatını türkçülüyə həsr etdi və bu işi də Türkiyədə bu şəkildə qiymətləndirmələri məni çox sevindirdi və qürurlandırdı”. Həmçinin tədbirdə görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş məqalələrdən ibarət “Türklük bilimində bir ömür” adlı kitab ictimaiyyətə tədqim olunub.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
