“Aprel Döyüşləri”nə həsr olunmuş intellektual oyunun qalibləri mükafatlandırılıb
13/06/2017Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə SABAH Qrupları tələbələri arasında “Aprel Döyüşləri” qəhramanlarına həsr olunmuş intellektual oyunun mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə Filologiya fakültəsinin tələbə və magistrantları da iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov aprel döyüşləri, bu döyüşlərin siyasi və ideoloji nəticələri haqqında ətraflı məlumat verib.
Çıxışının sonunda yarışlara qatılmış tələbələrə təşəkkürünü bildirən sədr qalib tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində də qələbələr arzu edib.
Daha sonra çıxış edən BDU SABAH Qrupları üzrə THT sədri Mirhadı Səmidzadə ideya müəllifi olduğu intellektual yarışın mahiyyəti və qaliblərin müəyyən olunması qaydaları barədə məlumat verib.
Müsabiqədə III yerin qalibi olmuş Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Həvva Əhmədova, Pərvin Rəhimov, Günel Əhmədova və Günel Quliyeva sertifikata layiq görülüblər.
