Home AZ | EN | RU

“Azərbaycan dastanları” fənnindən ustad dərsi

20/04/2018

Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının tədris yükünə daxil olan “Azərbaycan dastanları”  fənnindən dosent Könül Həsənovanın “Aşıq Qərib” dastanı, “Tahir və Zöhrə” dastanı” mövzusundakı mühazirəsinə  Aşıq Cahangir Quliyev dəvət olunub.
Aşıq Cahangir Quliyev 1960-cı il aprelin 4-də Gədəbəy rayonunun Çayrəsullu kəndində aşıq Sənanın ailəsində dünyaya gəlib. Aşıq Cahangir klassik havaları mükəmməl çalıb oxumaqla yanaşı, həm də mahir dastançı aşıqdır. Dosent Könül Həsənova  dastanların nəzəriyyə hissəsini danışaraq tələbələri Ustad Aşıq Cahangir Quliyevin ifasında “Aşıq Qərib” və  “Tahir və Zöhrə” dastanlarının məzmunu ilə əyani şəkildə tanış edib. Sonda tələbələr mövzu ilə bağlı müəllim və aşığa suallarını verib, təəssüratlarını paylaşıblar.

Bookmark and Share