Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Azərbaycan ədəbiyyatında rənglər” adlı elmi seminar
10/04/2017Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Azərbaycan ədəbiyyatında rənglər” adlı elmi seminar keçirilib. Seminarı açıq elan edən kafedra müdiri professor Səhər Orucova elmi seminarların önəmindən söz açaraq folklorda, eləcə də ədəbiyyatda rənglərin önəmindən bəhs edib. Seminara qonaq qismində qatılan “Türkologiya” kafedrasının müdiri Ramiz Əskər də ədəbiyyatda rənglərin məna çalarlarından qısa şəkildə söz açıb. I kurs magistrantlar Aynurə Allahverdiyeva “Sarı rəngin semantik məna çalarları”, Ayşən İbrahimzadə “Dədə Qorqud” kitabında qara rəngin semantik simvolikası”, Elfanə Qəniyeva “Geyimlərdə rənglərin semantikası”, II kurs magistrantlar Gözəl Quliyeva “Folklorumuzda qırmızı rəngin özəlliyi”, Arzu Həsənli “Azərbaycan folklorunda bozun məna çalarları”, Jalə Rüstəmova “Yaşıl rəngin simvolikası”, doktorant Jalə Nağıyeva “Türk təfəkküründə ağ rəngin simvolikası” mövzularında çıxışlar ediblər. Elmi seminarda kafedranın magistr və doktorantları ilə yanaşı, “Folklor” dərnəyinin üzvləri- filologiya fakültəsinin II kurs tələbələri Cavid Quluyev “Rənglərin insan psixologiyasına təsiri” və Elnur Soltanov “At kultunda rəng semantikası” mövzusları ilə bağlı maraqlı məruzələr edib. Elmi seminarda professorlar Səhər Orucova, Ramiz Əskər, dosentlər Etibar Talıblı, Kəmalə İslamzadə, Məhəmməd Məmmədov, Ülkər Nəbiyeva, Könül Həsənova məruzəçilərə suallar ünvanlayıblar.
