Home AZ | EN | RU

BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti beynəlxalq konqresdə məruzə edib

08/02/2021

BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva 7-8 fevral 2021-ci il tarixlərində keçirilmiş Paris Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib. “Zoom” platforması üzərindən təşkil olunmuş konqresdə R.Quliyeva “Əhməd bəy Ağaoğlu yaradıcılığının formalaşmasında Paris və İstanbul ictimai mühitinin rolu” adlı məruzə ilə çıxış edib. Çıxışdan sonra geniş müzakirə olunan məruzə iştirakçılar tərəfindən yüksək  qiymətləndirilib.
Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: https://tr.iksadparis.org/

 

 

Bookmark and Share