Home AZ | EN | RU

Azərbaycan dili və nitq mədəniyyəti kafedrası Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi seminar keçirib

26/12/2019

2019-cu il dekabrın 26-da Azərbaycan dili və nitq mədəniyyəti kafedrası Səməd Vurğun adına 304 saylı auditoriyada dahi Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinə  həsr olunmuş  elmi seminar keçirib. Elmi   seminar   görkəmli dilçi alim, professor Yusif  Seyidovun “Nəsiminin  dili” adlı əsəri əsasında təşkil olunub.
Filologiya fakültəsinin dekan müavini, dosent Cavanşir Muradov tədbiri açıq elan etdikdən sonra söz Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyevaya verilib. Məruzəçi Nəsiminin həyatı və yaradıcılığından, sufi-hürufi şeirlərindən, ana dilinin fədaisi kimi Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqedən danışıb. Çıxışda xüsusi vurğulanıb ki, Nəsimiyə qədər Azərbaycan dilini poeziya dili kimi ərəb və fars dilləri ilə yanaşı qoyan və bu dildə, sözün geniş mənasında yazıb-yaradan ikinci bir görkəmli şair bizə bəlli deyil. Həmçinin qeyd olunub ki, Nəsimi azərbaycanca şeirin möhkəm əsaslarını qoymaqla, bu sahədə ciddi addım atan və Azərbaycan türk dilinə yüksək poeziya dili hüququ verən ilk böyük sənətkardır.
Elmi seminarda BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova çıxış edərək, Nəsiminin dilində işlənən saylar, say adlarının Azərbaycan və fars dillərində sinonim variantları haqqında  geniş məlumat verib.  
Daha sonra Hüquq fakültəsinin I kurs tələbələri Nəsimi şeirlərindən nümunələr söyləyib, şairin dilinin tədqiqi ilə bağlı çıxışlar ediblər.

Bookmark and Share