Home AZ | EN | RU

Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında dəyirmi masa keçirilib

13/12/2017

Filologiya fakültəsi Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında Respublikanın aparıcı ali təhsil müəssisələri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Sumqayıt Dövlət Universitetinin dilçi müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Görüşdə BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri Səidə Abbasova, Sultan Seyidova, Zöhrə Nəbiyeva, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, professor Adil Babayev və Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimləri Mayquba Şirinova və Arzu Bayramova iştirak ediblər.
Dəyirmi masada Azərbaycan dilinə dövlət qayğısı, nitq mədəniyyətinin artan rolu və ona yiyələnmə yolları haqqında, ədəbi dilimizin şifahi və yazılı formaları, nitq mədəniyyətinin başqa elm sahələri ilə inteqrasiyası ilə bağlı maraqlı müzakirələr olunub. Dəyirmi masada Azərbaycan dili və nitq mədəniyyəti ilə bağlı yeni nəşr olunmuş dərsliklər ətrafında fikir mübadiləsi aparılıb.

Bookmark and Share