Home AZ | EN | RU

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi beynəlxalq konqresdə iştirak edib

12/09/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova İstanbul Mədəniyyət, Sakarya və Kazan Federal Universitetlərinin təşkilatçılığı ilə keçirilən “Türk dilinin xarici dil kimi tədrisi” (6th International Congress  of Teaching Turkish as a Foreign Language) adlı VI  Beynəlxalq virtual elmi konqresdə iştirak edib.
Rusiya, Türkiyə, Azərbaycan, Kanada və Norveçdən olan alimlərin qatıldığı konqresdə Təranə İsmayılova “Qurana əsaslanan türk və ərəb dillərində müqayisəli islam-müsəlman nitq etiketləri” (“Kuran Temelinde Türkçe ve Arapça Karşılaştırmalı İslam-Müslüman Konuşma Biçimleri”) adlı məruzə ilə çıxış edib. Məruzəçi, həmçinin türk dilinin təbliği üçün Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində yaradılan şəraitdən söz açıb, burada yetişdirilən mütəxəssislərin fəaliyyəti barəsində məlumat verib.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
http://www.icotfl.sakarya.edu.tr/

Bookmark and Share