Home AZ | EN | RU

Azərbaycan dilçiliyi kafedrasının dosenti “İlin alimi” müsabiqəsinin qalib olub

29/03/2022

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə Komissiyasının qərarı ilə, təbiət və texniki elmləri, həmçinin humanitar və ictimai elmlər üzrə universitetin yüksək nəticə göstərmiş ilk üç əməkdaşı qalib olub. Humanitar və ictimai elmlər üzrə müsabiqənin qaliblərindən biri Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli seçilib və “İlin alimi” adına layiq görülüb.
Qeyd edək ki, artıq ikinci ildir, BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə keçirilir və ötən müsabiqənin qalibləri sırasında da Filologiya fakültəsinin əməkdaşları yer almışdır. Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.
Nümunəvi elmi-pedaqoji fəaliyyəti ilə seçilən Reyhan xanımı bu uğuru münasibəti ilə ürəkdən təbrik edir, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

Bookmark and Share