Azərbaycan dilçiliyi kafedrasının gənc müəllimi iki beynəlxalq konfransda BDU-nu uğurla təmsil edib
21/12/20192019-cu il dekabrın 17-18-də Xəzər Universitetində “5-ci Avrasiya elmi araşdırmalar və müasir tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BDU-nu Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Xansuvar qızı Vəliyeva təmsil edib. Gənc alimin “Bədii dildə milli mənşəli geyim adları” (etnoqrafik təhlil) mövzusunda çıxışı böyük maraqla qarşılanıb və məruzə ətrafında maraqlı müzakirələr aparılıb. Sonda məruzəçi sertifikatla təltif olunub.
2019-cu il dekabrın 19-20-də Sumqayıt Dövlət Universitetində “Elmlərarası inteqrasiya: linqvodidaktik, linqvokulturoloji və psixolinqvistik aspektlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu mötəbər elmi tədbirə Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri də qatılıb. Konfransda iştirak edən BDU-nu Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının gənc müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Xansuvar qızı Vəliyevanın “Etnoqrafizmlərdə tarixin izləri” (elmlərarası əlaqə: dilçilik və tarix) adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda məruzəçi sertifikatla təltif olunub.
