Home AZ | EN | RU

Azərbaycan dilçiliyi kafedrasının professoru Reyhan Həbiblinin açıq dərsi

19/04/2023

Aprelin 19-da BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Reyhan Həbiblinin “Müasir Azərbaycan dilinin fonetikası” fənnindən açıq dərsi keçirilib. Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev və kafedra əməkdaşlarının  iştirakı ilə keçirilən açıq dərsdə Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinə Azərbaycan dilində heca, nitqin fonetik parçaları, heca nəzəriyyələri, hecanın növləri haqqında ətraflı məlumat verilib, görkəmli dilçilərin fikir və mülahizələri müqayisəli şəkildə izah olunub. Açıq dərsdə fənnin məzmununa uyğun ənənəvi və  fəal təlim metodlarından istifadə olunub, mövzu əhatəli şəkildə tədris edilib.

Bookmark and Share